• Arıqlayanlar üçün ən Gözəl seçim – GAVALI QURUSU

Reseptin məlumatları Baxış sayı: 65

Tarix : 18.08.2018, 10:00

Bölmə : Pəhriz (diet)


Arıqlamaq arzusunda olan kəslər üçün pəhriz zamanı ən çətin və ağır nüans şirniyyatdan tam olaraq imtina etməkdir.
Gündüz yemək rasionunuza bir neçə gavalı dənəsi əlavə edin və siz bu problemi həll etmiş olacaqsınız.

Pəhriz saxlayanlar üçün gavalı qurusu qədər uyğun gələn başqa quru meyvələr demək olar ki, yoxdur.Onun tərkibində elə şəkər və maddələr var ki, onlar sizdə heç bir artıq kaloriya yaratmayacaq, tam əksinə, sizin ziyansız şəkildə şirinə olan tələbatınız ödənmiş olacaq.

Həmçinin, gavalı qurusunun tərkibində olan fermentlər sizin orqanizmdə mədə - bağırsaq sisteminin işini xeyli yaxşılaşdıracaq və bədəninizdə olan artıq toksin və şlakları tez ifraz olunmasına yardım edəcək.

Gavalı qurusunun tərkibində olan üzvi turşular bədəndəki yağların yanmasına, pektin maddəsi isə qanda şəkərin miqdarını stabil saxlamağa kömək edir.

Bütün sadalanan faydalı xüsusiyyətlərdən başqa, gavalı qurusunun ən böyük özəlliyi ondan ibarətdir ki, o aclıq hissini öldürü və insana uzunmüddətli toxluq hissi bəxş edir.Cəmi 1 -2 ədəd bu meyvəni yeməklə siz aclıq haqqında unuda bilərsiniz.
Bu meyvəni siz istənilən pəhriz rasionunuza əlavə edə bilərsiniz ( əlbəttə ki, bəlli miqdarı aşmamaq şərti ilə ).

Etiketlər: gavalı, qurusunun, tərkibində, sizin, bilərsiniz, başqa, meyvəni, əlavə, pəhriz, rasionunuza, aclıq, artıq, qanda, miqdarını, kömək, saxlamağa, stabil, maddəsi, şəkərin, bədəndəki
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica