• Süd verən analar üçün faydalı pəhriz

Reseptin məlumatları Baxış sayı: 914

Tarix : 30.08.2018, 10:00

Bölmə : Pəhriz (diet)




Körpəsini əmzirən bütün analar üçün mütləqdir ki, körpəsini qidalandırdığı dövrdə onun orqanizmi bütün lazımi və faydalı elementlərlə zəngin olmalıdır.Bir sözlə, körpəsinə süd verən bütün analar pəhrizlərinə riayət etməlidirlər.Əgər ana lazımi şəkildə və qədərdə qidalanmazsa, o zaman ananın körpəsinə əmzirdiyi süd onun öz orqanizmində ola elemet və maddələrin hesabına baş verəcək, belə olan halda isə ananın özünün sağlamlığında ciddi problemlər yaranmağa başlayır.

Körpəsinə yeni süd verməyə başlayan ana ilk zamanlar az - az lakin mütəmadi şəkildə qidalanmalıdır.Yox, əgər süd verən qadının iştahası güclənibsə, o zaman müxtəlif yüngül şorbalar, tərəvəz yeməkləri və meyvələr yemək məsləhət görülür.

Əmzirən qadının qida rasionu
Əmzirməyə yeni - yeni başlayan qadınların qida rasionunda maksimum dərəcədə sulu qidalar üstülük təşkil etməlidir.Bunlar məsələn, təzə hazırlanmış kompotlar, ot dəmləmələri, şorbalar ola bilər.İlk əvvələr sutka ərzində 4litrə qədər, son günlərə yaxın isə 1 litrə kimi su içmək məsləhət görülür.Artıq ananın süd ehtiyatı normalllaşdığı vaxt hər dəfə əmzirmədən öncə 1 stəkan maye qəbul etmək lazımdır.

Artıq 7 - ci gün qida rasionuna müxtəlif sıyıq yeməklərini əlavə etmək olar.Lakin, bütün bu sıyıqlar suda hazırlanmalıdır.Bunlardan başqa qida rasionunuza buxarda bişirilmiş tərəvəzlər, tərəvəz şobalaı və meyvə pürelərini əlavə edin.Ağ yağsız balıq, cavan mal əti, bir qədər də çərəz yeməyi unutmayın.

Artıq doğuşdan 21 gün sonra ana öz qidalanma rasionuna bişirilmiş toyuq əti, yumurta, qızardılmış tum və kefir əlavə edə bilər.Artıq ikinci həftədəki pəhriz rejimi birinci həftədəki kimi ciddi olmur.Artıq get - gedə qidalanmaya az miqdarda müxtəlif qidalar əlavə etməyə icazə verilir.

Belə xüsusi vəziyyətdə olan xanımların mütləq diqqət etməli olduğu hal - yedikləri qidaların maksimum şəkildə təbii, sadə, vitaminli, qatqısız, konservantsız və rəngləyicilərsiz olmasıdır.
Etiketlər: Artıq, bütün, əlavə, ananın, şəkildə, müxtəlif, bişirilmiş, qidalar, həftədəki, maksimum, görülür, qadının, şorbalar, tərəvəz, başlayan, məsləhət, ciddi, zaman, etmək, qədər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN