• Pəhrizin mənfi və müsbət tərəfləri

Reseptin məlumatları Baxış sayı: 1 969

Tarix : 20-09-2018, 10:00

Bölmə : Pəhriz (diet)


əhriz yəqin ki, ömründə bir dəfə belə olsa pəhrizə riayət etmiş insan üçün asan bir proses gəlmir. Onun mənfi və müsbət tərəflərinin olduğunu da yaxşı bilir. Mən sizə öz təcrübəmdən yazacam.

İlk öncə, bizi dayandırmasa da!

Mənfi tərəfləri:
yetərincə vitaminli qidalanmasanız və bədəninizin ehtiyacı olan qidalardan (söhbət bədəninizin arzuladığı big mac və şaurmadan getmir ) məhrum etsəniz dəri problemləri, saç tökülməsi kimi problemlərlə qarşılaşa bilərsiniz. Odur ki, çalışın doğru qidalanın, meyvə və tərəvəzdən imtina etməyin. Miqdarında yağ da yeyin, karbohidrat da qəbul edin.
pəhrizdən sonra artıq yeməyə neytral yanaşa bilmirsən. Mədə tez doyur, amma göz doymur. Gözün doymamağı isə lazımından xeyli artıq yeməyə sövq edir. Ona görə də, qırıldığınız günlərdə bir də baxırsınız ki, dünyaları yemisiniz. Özü də, xeyli lazımsız qidalar, heç arzulamadığınız və mədənizin qəbul edə bilməyəcəyi miqdarda.
qonaqlıqlar, ad günləri sizə işgəncə kimi gələ bilər, xüsusən də böyük və mehriban ailəniz, qohum-əqrəbanız varsa. Mənim bəxtim gətirib ki, qohumların 80% Gəncədədir Amma bunun da həll yolu, qonaqlıqda hər şeydən yox, yalnız ən kalorili yeməklərdən imtina edin. Məsələn, çörək, lavaş, blinçik, xəmirli, şəkərli qidaları unudun. Kabab, salat, normal xörək (dolma, aş) yeyin, amma miqdarını düzgün seçin, partlayana kimi yeməyin. İncə qızlar kimi hər şeydən bir az. Bir də qonaqlıqlara, gəzməklərə və s.özünüzlə öz şirniyyatınızı götürün. Hər kəs tort yeyəndə siz onu yeyin, özünüzü yalnız və tənha hiss etməyin.
halsızlıq. Bəli halsızlıq hərdən olur, ilk başlayanda daha tez-tez olur. Amma öyrəşdikdən sonra bu normaya düşür, narahat olmayın.
səyahət. Səyahət pəhriz saxlayan biri üçün işgəncələrin işgəncəsidir Məsələn mən Türkiyəyə getdim, pide, lahmacun yemədim (bravoo!), isgəndər kabab yedim, çörəklərini yemədim, KÜNƏFƏ (!!!) yemədim. Türkiyədən Çexiyaya getdik, orada trdelnik (məşhur şirniyyat) yemədim, dondurma və s., şirniyyat yemədim. Gündə 1 dəfə yedim (səhər də həmçinin), şirniyyat və xəmir yemədim, amma günorta istədiyim hər şeyi yedim. Bakıya 15 gün sonra qayıdanda cəmi 200 gram artıb qayıtdım ( + çox gəzirdim). Odur ki, limitləriniz hər zaman olsun!
Əlbəttə ki, biz qaranlıq tərəfə yox, işıq gəln tərəfə doğru gedirik! Odur ki, aşağıdakılara köklənin.

Müsbət tərəfləri:
yüngüllük. Pəhrizin ilk günlərindən necə yüngüllədiyinizi, axşamlar boş mədə ilə yatmağın necə rahat olduğunu anlayacaqsınız. Səhər daha gümrah oyananda və dünən gecə arzuladığınız qoğal, paxlavanı yemədiyiniz üçün sevinib, özünüzə əhsən deyəcəksiniz. Bu əhsən isə sizin özgüvəninizi artıracaq.
azla doymaq. Başa düşəcəksiniz ki, əslində azla doymaq mümkündür. Xörəkləri çörəksiz, lavaşsız da yeyib doymaq olur. Kələm dolması 7 dənə yeyib özünü dolu hiss etməkdənsə, 3 dənə yeyib dadına baxib kifayətlənmək daha yaxşıdır.
yemeklerin dadını anlayacaqsınız. Mən buna inanmırdım. Deyirdilər ki, az yedikdə yeməklərin dadını, ləzzətini daha yaxşı hiss edəcəksiniz. Mən bu pəhrizdə hər yeməyi sevməyi öyrəndim. Əvvəllər kapriz edib yemədiyim və sevmədiyim hər (!!!) yeməyi artıq dadını alaraq, ləzzətini başa düşərək yeyirəm. Məsələn borş ən sevmədiyim yeməklər siyahısında idi. Amma indi sevmədiyim yeməklər siyahısı yoxdur demək olar ki
cheat day.

Cheat day nədir?
Pozduğunuz və özünüzə istədiyinizi icazə verdiyiniz gün. Ən sevdiyim günlərdən biridir Amma bu günü özümə mükafat olaraq icazə verirəm ki, tutaq ki, 5 gün ciddi şəkildə pəhrizimə riayyət etmişəm. 6-ci ve yaz 7ci gün özümə istədiyim qidanı mükafat olaraq icazə verə bilərəm. Bir kitabdan oxumuşdum ki, siz it deyilsiniz, özünüzü yeməklə mükafatlandırmayın. Amma buna o qədər də fikir vermədim, yemək məni sevindirirsə və özümü yaxşı hiss elətdirirsə – özümü yeməklə də mükafatlandıra bilirəm.
kilonun düşməyi. Ən böyük xöşbəxtlik və razılıq hissi yəqin kilonun düşməyidir. İnsanın həvəsi daha da artıq, daha sürətlə çalışmaq istəyir ki, istədiyi kiloya tez çatsın. Amma unutmayın ki, tərəzi göstərici deyil. Kilonuz olduğu kimi qala bilər, amma ölçüləriniz kiçilir bundan əmin olun. Ona görə dietaya başlayarkən, öz ölçülərinizi mütləq və mütləq götürün!
yeni qarderob. Kilo düşməyindən sonra ən ən ən kef yüksəldən bir şey, mağazaya gedirsən və daha kiçik ölçülər artıq əyninə olur və hər şey sənə yaraşır! İnanın, bu mağazalardakı paltarlar 90% normal ölçülü qızlar üçün nəzərdə tutulur, böyük ölçü olsa belə əyində elə qalmır. Ya çox düzgün bədəniniz (kök olsan belə düzgün bədənin olmağı mümkündür) olmalıdır (bu da çox nadir hallarda olur, proporsional kök qadınlar çox şanslıdırlar), ya da öz normal kilonu çox aşmamalısan.
özgüvən. Bilmirəm bu hardan gəlir? bu qədər kilo atmağı bacardığın üçün? yoxsa güzgüdəki görünüşünü artıq daha çox sevdiyin üçün? Özünü daha çox bəyəndiyin üçün? Amma insan daha daha daha! özgüvənli olur. Bu dəqiqdir.

Amma bunları qeyd edərkən mütləq sizə deməliyəm ki, özünüzü olduğunuz kimi sevin! 100 kilo olsanız belə özünüzə nifrət etməyin. Sizə hər hansı ad qoşsalar belə, zəif iradəniz olsa belə özünüzü alçaltmayın hər zaman yüksək tutun. Çünki, bədəniniz hesab edin ki, sizin dostunuzdur. Hansı dostu təhqir etsən sənə yaxşılıq edər? Özünüzü sevin ki, bədəniniz də buna həvəsli olsun və birlikdə bacarasınız. Neqativ hisslərlə heç nə bacarmaq olur.

Qeyd: yuxarıdakı punktlar tam olaraq bu son 6-7 ayda yaşadıqlarımdır, hələ də öyrənirəm və iştahımı idarə etməyə çalışıram və onu da qeyd edim ki, bugün tərəzidə 59,5 rəqəmini gördüm (boy 1.70 m), tərəzidə 50 rəqəmini əmin edirəm sizi 7 ya da 8ci siniflərdə görmüşəm. Bəlkə də 6-cı sinifdə

İnanın və özünüzü necə varsınız elə qəbul edib sevin. Yalnız bundan sonra insan istədiyi nəticəni əldə edir.

Sevgi ilə qalın!

Aysel Hüseynova
BİZİ İZLƏYİN