• Pəhrizdə olarkən kafə və restoranlardan necə qidalanaq?

Reseptin məlumatları Baxış sayı: 1 978

Tarix : 4-10-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Pəhrizdə olarkən ən çətin anlardan biri, qonaqlıq, toy, dostlarla görüşlər və bayramlardır. Əslində mən bu günlərdə normal miqdarda hər bir şeyin dadına baxmaq tərəfdarıyam. Amma porsiyanı idarə etmək, nəfsə dur! demək bir az çətin olur. Xüsusən də xoş günlərdə insan daha da sərbəstləşir, özünü xöşbəxt və məmnun hiss edir, kefini pozmamaq üçün isə yeməyə də yox demir.

Amma əgər pozmamaqda qərarlısınızsa sizə aşağıdakı variantları təklif edirəm həm doymaq, həm də xoş gündən zövq almaq üçün.

Pəhrizdə olanların əsas dərdi doymaqdır ( yəni şəxsən məndə belədir). Doymaq üçün isə aşağıdakı üsullara əl atıram.

Kafelərdə.
Əgər çox acamsa və doymaq istəyirəmsə, mütləq kafedə sup içirəm. Sup maye olduğu üçün mədəni tez doldurur və toxluq hissi verir. Sup yedikdən sonra salat sifariş edirəm, salat istənilən salat ola bilər, amma mayonezli olmasa daha yaxşı olar. İndi kafelərdə çox doyumlu toyuqlu, ətli, krevetkalı salatlar seçimi boldur. Amma mütləq salatda ət olmalıdır, əks təqdirdə doymuram

Bu variant sizə cəlbedici gəlmədisə, adi yemək seçirəm (o zaman sup olmur). Xüsusən eləsini seçirəm ki, yanında ət bol olsun, çünki ət məni doydurur, həm də əti çox sevirəm. Steak varianti, toyuq langeti və s. mənimçün ən uyğun və ləzzətli variantlardır.

Restoranlarda (toy, ad günü)
Bizim toylarda stollar elə zəngin olur ki, düşünürəm hər cür insan zövqünü oxşamaq üçün bu qədər yemək növü olur. Məsələn milli yeməklərdən kababın hər növünü (hətta lülə), göbələkli toyuq salatı (yağla olan versiyası), soyutma toyuq (kənd çolpası! ), pomidor, xiyar, kartoşka kababı və s. yeyə bilərsiniz. Aş, dondurma, tort, qutab – bunlardan uzaq dursanız (aktiv kilo verən dövrdə) yaxşıdır.

Bir şeyi mütləq qeyd edim, kafelərdə gündüz(!) qeyd etdiyim kimi qidalansanız – kilonuzda artım olmayacaq.

Amma restoranlarda hissəsində qeyd etdiyim kimi qidalansanız – növbəti gün çəkinizdə mütləq artım olacaq. Çünki, toylar, ad günləri adətən axşam saatlarında olur. Ona görə növbəti gün nisbətən yüngül yeyib kilonuzu normaya qaytara bilərsiniz.

Bu mənim öz təcrubəmdir, nə həkim məsləhətidir, nə professional məsləhəti.

Bu variantlar sizə uyğun olmaya bilər, ona görə özünüzə uyğun olan şəkilə qidalanmağı üstün tutun.

Unutmayın, ağız zövqünüzə uyğun şəkildə arıqlamaq ən zövqlüsüdür.

Aysel Hüseynova
Etiketlər: mütləq, uyğun, salat, toyuq, növbəti, artım, doymaq, insan, aşağıdakı, edirəm, qidalansanız, bilərsiniz, seçirəm, Pəhrizdə, yemək, kafelərdə, bilər, Xüsusən, etdiyim, çətin
BİZİ İZLƏYİN