Çox gələn suallardan biri də, pəhriz saxlayarkən necə qidalanırdınız?
Əslində daha əvvəlki postlarda bu sualın cavabını vermişəm, amma görünür buna ayrıca bir yazı həsr etməliyəm ki, sualların ardı kəsilsin.
Onu qeyd edim ki, aktiv kilo atarkən daha sərt qidalanırdım. İndi bir az dəyişib. Hər ikisini qeyd edəcəm.
Aktiv kilo atarkən gündəlik menyumda bunlar ola bilərdi:
Səhər : pəhriz kəsmiyi (1/3 və yoqurt 1/3)
Günorta : qarabaşaq/bulqur/düyü (suda bişmiş, soğan və baharatlar əlavə etmək olar) və sobada normal yağı vurulmuş toyuq/balıq/mal əti. Bu naharın yanında çoban salatı və 1 dilim pendir (yağlı-yağsız fərq etməz) mane olmaz.
Axşam : fitnes baton.
Gün ərzində 2 Pictolin konfetlə çay içmək olar. 1 meyvə yemək olar. Meyvəni səhərlə günorta yeməyi arasına salsanız yaxşı olar. Su, çay, kofe istədiyiniz qədər için.
Həftəsonları istədiyimi gündə 1 dəfə olmaq şərtilə limitli şəkildə yeyirdim.
Kilonu qoruyarkən isə menyum budur:
Səhər : yarım pəhriz kəsmiyi, yarum yoqurt/ Svalya sıyığı(1 bütöv) (marketlərdən hazır şəkildə yoqurt qabı şəklində olan qablarda satılır, doyumlu və dadlıdır)/ sırniki (resepti instagramda evdemen.posts səhifəsində var).
Ara yemək: Nesquik baton (100 kcal və çox dadlıdır)
Günorta: normal xörək, normal porsiyada (arzuolunandır ki, makaron, aş, kartof qızartması olmasın).
Axşam : 1 şokolad plitəsinin 1/5 hissəsi (100 kcal). Siz bunu salat, meyvə və s. əvəz edə bilərsiniz. Mən şokolad yemək istəyirəm deyə şokolad yeyirəm, amma bu dəyişir, bəzən meyvə və ya peçenya ilə əvəz edirəm, yaxud 3in1 kofe, capuccino, latte ilə əvəz edirəm. Siz də öz zövqünüzə uyğun nəsə seçə bilərsiniz.
Mənim gündəlik yediklərim bunlardır, pəhriz vaxtı ümumiyyətlə menyum elə də fərqli deyildi. Sevdiyim qidanı qəbul etdiyim üçün də bezmirdim.
Qeyd: Çayı quru meyvə ilə də içə bilərsiniz. Kişmiş, qoz, fındıq, badam – bunları ÇOX olmamaq şərti ilə gün ərzində yeyə bilərsiniz.
Qeyd2: Mənim menyumu eyni ilə təkrarlamağa məcbur deyilsiniz. Yadınızda saxlayın, əsas vaxtı-vaxtında və limitli şəkildə yeməkdir. Miqdar az olsa, heç nə insanı kökəltmir.
Aysel Hüseynova
Etiketlər: pəhriz, bilərsiniz, meyvə, normal, şokolad, yoqurt, yemək, şəkildə, Axşam, baton, Günorta, kəsmiyi, Səhər, ərzində, limitli, vaxtı, Mənim, edirəm, dadlıdır, gündəlik