• Ən sadə arıqlama üsulları

Reseptin məlumatları Baxış sayı: 3 936

Tarix : 5-01-2019, 10:00

Bölmə : Pəhriz (diet)


Kaş ki, arıqlamaq da kökəlmək kimi asan olardı. Hal-hazırda arıqlamaq üçün fərqli vasitələr var. Ancaq etiraf etmək lazımdır ki, bütün vasitələr bu mübarizədə bizə kömək etmir.

1. Hər səhər yuxudan duran kimi ballı limonlu su için. Bu, gün ərzində həm sizi gümrah tutacaq, həm də maddələr mübadilənizi sürətləndirəcək. Bu səbəbdən də çəki atmağınız sürətlənəcək. Bunun üçün 200 qr suya 1 çay qaşığı bal və yarım limon sıxıb için.

2. Gün boyu bol miqdarda su için. Suyun miqdarınızı çəkinizə görə hesablayın. (9 kq - 0.25 litr, 18 - 0.5, 27 - 0.75, 36 - 1, 45 - 1.25, 54 - 1.5, 63 - 1.75, 72 - 2, 81 - 2.25, 90 - 2.5, 99 - 2.75, 108 - 3)

Qeyd edək ki, gündəlik içdiyiniz çay, qəhvə, hətta təbii şirələr suyu əvəz etmir.

3. Meyvə dostumuzdur, ancaq hər qida vaxında və normasında yeyilməlidir. Günə 2-3 ədəd meyvədən artığını yeməyin. Onun tərkibində təbii şəkər - fruktozanın olduğunu unutmamalıyıq. Çalışın meyvə qəbulunu saat 17:00 bitirəsiniz.

4. Karbohidratları günorta saatına qədər, zülalları isə axşam qəbul edin. Çalışın şam yeməyində zülallarla yanaşı yaşıl rəngli tərəvəzlərə üstünlük verəsiniz.

5. Artıq bir çox insan idmanla məşğul olur, sən də bir addım at. Hər hansı bir idman növünə yazıl: rəqsə, su hovuzuna, qaçışa, hərəkə edəcəyin bir idman növünə. Gündəlik 10 dəqiqəlik fiziki aktivlik belə bu yolda sənə kömək olacaq. Çalışın özünüzə uyğun olan idman növünü tapasınız, axtarmaqdan qorxmayın. Hansında özünüzü inamlı hiss edirsinizsə, demək o sizindir.
Etiketlər: idman, Çalışın, etmir, arıqlamaq, kömək, təbii, növünə, vasitələr, yanaşı, yaşıl, edirsinizsə, zülallarla, yeməyində, rəngli, qəbul, Artıq, verəsiniz, üstünlük, tərəvəzlərə, insan
BİZİ İZLƏYİN