• Bir həftəyə 10 kiloqram arıqlayın

Reseptin məlumatları Baxış sayı: 9 228

Tarix : 11-01-2019, 10:00

Bölmə : Pəhriz (diet)


Bir həftədə 10 kiloqram arıqlamağın mümkün olduğunu bilirdinizmi?

Birinci gün: Alma
Səhər yeməyində 2-3 ədəd almanı sürtgəcin kiçik gözündən keçirdin, üzərinə bir neçə qoz və limon şirəsi əlavə edin. Naharda almanı sürtgəcin böyük gözündən keçirdin, üzərinə təzə cəfəri və yaşıl soğan, qaynadılmış yumurtanın ağını, 1 çay qaşığı zeytun yağı və ya təbii yoqurt əlavə edin. Şam yeməyində 3 orta alma yeyin. Bu cür maddələr mübadiləsində sutka ərzində 1 kq itirəcəksiniz.

İkinci gün: Düyü
Səhər yeməyində bir ovuc suda bişmiş düyü və 3 alma. Onları birlikdə və ya ayrı-ayrılıqda yeyə bilərsiniz. Naharda üç almanın qabığını və tumlarını təmizləyin, hər birini 4 yerə bölün, üzərinə qaynar su töküb yarım saat ərzində qaynadın. Bir limonun qabığını və şirəsini də əlavə edib, alınan püreni yeyin. Bir ovuc suda bişmiş duzsuz düyünü də yeyin. Şam yeməyində bir ovuc duzsuz bişmiş düyü.

Üçüncü gün: Kəsmik
Səhər yeməyidə 2 alma və yağsız kəsmik. Ayrı-ayrı və ya birlikdə yeyə bilərsiniz. Əsas odur ki, şəkər əlavə etməyin. Naharda almanı xırda dilimlərə bölün, üzərinə limon şirəsi əlavə edin. Yağsız kəsmiyə qoz, bir xörək qaşığı bal əlavə edin. Şam yeməyində 100 qram kəsmik.

Dördüncü gün: Kök
Səhər yeməyində 2 iri kökü və 1 almanı sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin. Naharda da eyni salatı hazırlayın, lakin zeytun yağını balla əvəzləyin, limon şirəsi də əlavə edin. Şam yeməyində sobada 2 alma bişirin, üzərinə bir çay qaşığı bal tökün.

Beşinci gün: Çuğundur-kök
Səhər yeməyində bir ədəd orta çuğunduru və 1 iri kökü bişirin. Soyuduqdan sonra sürtgəcdən keçirin, zeytun yağı əlavə edib yeyin. Naharda yulafı suda bişirin, üzərinə sürtgəcdən keçirilmiş alma əlavə edin. Qaynadılmış yumurtadan, çuğundur və yerkökündən salat düzəldin. Şam yeməyində 2-3 ədəd sürtgəcdən keçirilmiş kökün üzərinə qəhvəyi şəkər və ya bal tökün.

Altıncı və yeddinci gün: İlk iki gün təkrarlayın.
Xüsusi qeyd: Pəhriz boyu yaşıl çay, ot cövhərləri və ya çoxlu su için. Qəhvəni rasiondan tamamilə çıxardın. Lakin giləmeyvə kompotlarını, təzə sıxılmış tərəvəz şirələrini içmək olar.

Əgər doymadığınızı hiss edirsinizsə, rasiona 2-3 alma əlavə edə bilərsiniz.
Etiketlər: əlavə, yeməyində, üzərinə, yeyin, Naharda, Səhər, almanı, zeytun, sürtgəcdən, limon, bişirin, bişmiş, qaşığı, şirəsi, bilərsiniz, keçirilmiş, tökün, qabığını, duzsuz, keçirin
BİZİ İZLƏYİN