• Pioppi pəhrizi cədvəli

Reseptin məlumatları Baxış sayı: 5 953

Tarix : 3-03-2019, 10:00

Bölmə : Pəhriz (diet)


Sağlam və uzun müddətli ömürləri ilə tanınan Pioppi xalqının tətbiq etdiyi pəhrizi sizlər üçün araşdırdıq.

Dünya miqyasında ən sağlam kənd kimi tanınan Pioppi xalqı, İtaliyanın ən uzun ömürlü insanların yaşadığı yerlərdəndir. Sağlam və uzun bir ömrün mühüm addımı isə keyfiyyətli qidalanma proqramından keçir.

Pioppi pəhrizini edərkən günün başlanğıcında bir xörək qaşığı qədər sirkə işlətmək lazımdır.

Pioppi Pəhrizi cədvəli:

Bazar ertəsi:


Səhər yemək: Sadəcə, qəhvə, ya da hindistan qozu kremi
Günorta: Göbələkli omlet, hindistan qozlu qəhvə
Günorta arası: Konserv istridyə, çiyələkli tam yağlı qatıq, bir ovuc fındıq və darçın
Axşam: İspanaq və avakado kəsikli bifşteks, 2 kvadrat bitter şokolad, bir stəkan çay

Çərşənbə axşamı:

Səhər yemək: Təkcə hindistan qozlu qəhvə
Günorta: Qızarmış pomidor və hellim, toyuq suyunda tərəvəz şorbası, yağlı balıq və hindistan qozlu qəhvə
Axşam: Tərəvəzlərlə birlikdə qızartma balıq, iki kvadrat bitter şokolad və bir stəkan çay

Çərşənbə:

Səhər yemək: Hindistan qozlu qəhvə
Günorta: Tam yağlı hindistan qozlu və çiyələkli qatıq, bir ovuc fındıq, darçın, zerdeçal və hindistan qozlu qəhvə

Cümə ertəsi:

Səhər yemək: 2 və ya 3 yumurta, qızarmış alabalıq yanında avakado, hindistan qozlu qəhvə
Günorta: Kefir və ya hindistan qozlu smoothie, bir çimdik darçın, zerdeçal və nanə
Axşam: Sızma zeytun yağı ilə hazırlanmış toyuq suyu şorbası, hindistan qozu bombası (kakao, darçın, hindqozu yağı, cövüz kremi, fındıq) bir stəkan çay

Cümə:

Səhər yemək: Basdırmalı yumurta, avakado, hindistan qozlu qəhvə
Günorta: Balıq şorbası
Axşam: Aşağı kalorili pitsa, cövüz bombası, bir stəkan çay

Şənbə:

Səhər yemək: Fındıq əzməli omlet, çiyələk və tam yağlı qatıq, hindistan qozlu qəhvə
Günorta: Aralıq dənizi salatı
Axşam: Qızarmış toyuq, şirin kartof, hindistan qozu bombası və bir stəkan çay

Bazar:


Səhər yemək: Qızarmış alabalıq balığı, omlet, avakado və hindistan qozlu qəhvə
Günorta: Kefir və ya hindistan qozlu smoothie
Axşam: Bişirilmiş alabalıq, tərəvəz, fındıq.
Etiketlər: hindistan, qozlu, qəhvə, Günorta, Səhər, yemək, Axşam, Pioppi, stəkan, darçın, avakado, fındıq, yağlı, qatıq, omlet, şorbası, Qızarmış, toyuq, bombası, alabalıq
BİZİ İZLƏYİN