• Dünyanın ən maraqlı pəhrizləri

Reseptin məlumatları Baxış sayı: 7484

Tarix : 23.07.2015, 10:00

Bölmə : Pəhriz (diet)


Arıqlamaq üçün insanların etməyəcəyi nələr yoxdur. Ancaq arıqlamaq üçün həkimə getməkdənsə, ordan-burdan eşitdikləri pəhrizlər tutub, maddələr mübadiləsini daha da pis hala gətirməyi seçərlər. Arıqlamaq üçün dünyada tətbiq olunan maraqlı pəhrizlər bunlardır.

Yapon bananı pəhrizi
Yaponiyada yaşayan Hitoshi Watanabe yapon bananı ilə arıqlayınca ortalıq qarışdı. Bananı araşdıran mütəxəssislər bananın qida dəyərinin yüksək olduğunu kəşf etdilər. Banan və otaq temperaturunda olan su ilə başlayan səhər naharı günorta və axşam istənilən şeyi yemək ilə davam edir. Bu üsulun maddələr mübadiləsini sürətləndirdiyi deyilir. Hitoshi bu rejim ilə 13 kiloqram arıqladı, evləndi və daha sonra Yaponiyada televiziyada bir rejim proqramı aparmağa başladı. Bu pəhrizdən istifadə edənlər axşam saat 8-dən sonra heç bir şey yemirlər. Yapon mütəxəssislər bu rejimin təhlükəli olduğunu söyləsə də, Yapon bananı ilə arıqlayanlar bir xeyli çoxdur.

Yumurta pəhrizi
Adrian Brodi bu pəhriz ilə "Piyanist" filmindən əvvəl tam 13 kiloqram arıqlamışdır. Naharda yumurta, günorta yeməyində qızartma toyuq, axşamları isə yumurta yeyərək pəhriz saxlamışdır. Pəhriz içində fərqli qidalar var, lakin zülal ehtiyacının hamısı yumurtadan təmin edilir. Bu pəhriz bu aralar çox moda oldu, çünki 25 kiloqrama qədər arıqlayanlar var. Mütəxəsislər bu pəhrizi də təhlükəli sayırlar.

Yatan gözəl pəhrizi
Pəhrizin ana məqsədi yatmaqdır, yəni oyaq olduğunuzda yediyinizə görə yatmaq buna əngəl olur. Yatdığınız zaman çəki almamızı təmin edən kortizol hormonu və iştahı təmin leptin hormonları yuxu keyfiyyətinə bağlı olaraq işləyirlər. Bu rejim ilə bir çox insan kilo verir. Mütəxəsislərsə bu pəhrizin dəlilik olduğunu müdafiə edirlər.

Kurabiyə pəhrizi
Dr. Sanford Sieqal aclığı yox edən peçenyelər hazırlamışdır. Bu pəhrizdə yalnız 1 pay, yəni axşam yeməyi yeyilməkdədir. Peçenyelər isə istənilən hər an yeyilə bilməkdə sərbəstdir. Lakin pəhrizin işə yaraması üçün ən az 7 dənə peçenye yemək məcburidir. Yanında istənildiyi qədər su içmək olar.

Breatharyanizm pəhrizi (günəş işığı yemə pəhrizi)
Bədənin yaşayabilməsi üçün hava, günəş işığı və həyat gücü ehtiyacı vardır- prinsipindən ibarət bu pəhrizi tətbiq edən bir çox insan həyatını itirdi. Bu pəhrizi edənlər heç bir qidaya ehtiyac olmadığını günəş işığı su ya da bitki çayları ilə bəslənirlər. Breatharyen İnstitutunu quran kəslərin hamburqer yedikləri sübut edilincə bu nəzəriyyə çökmüş oldu. İşin maraqlı tərəfi isə hələ də bu institut işləməkdə davam edir.

Etiketlər: pəhrizi, təmin, işığı, rejim, bananı, axşam, Yapon, olduğunu, pəhriz, günəş, yemək, Yaponiyada, maraqlı, günorta, mütəxəssislər, pəhrizin, yumurta, insan, Hitoshi, istənilən
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica