• “Sıfır qarın” pəhrizi

Reseptin məlumatları Baxış sayı: 16245

Tarix : 13.09.2015, 22:00

Bölmə : Pəhriz (diet)


"The New York Times” qəzetinin ən çox satılanlar siyahısında yer alan "Zero Belly Diet” adlı kitabın yazarı Devid Zinkzenko 2 həftədə 7 kilo arıqlamağa kömək edən pəhrizinin sirlərindən danışıb.

Devid Zinkzenko "Sıfır qarın” adlandırılan bu pəhriz sayəsində qısa zamanda bel və qarın bölgəsindəki artıq piylərdən qurtulmağın mümkün olduğunu bildirib.
Devid Zinkzenko atasını köklüyün səbəb olduğu sağlamlıq problemləri səbəbindən itirib. Özü də gənclik illərində artıq çəki ilə mübarizə aparmalı olub. Genetikasının səbəb olduğu köklüyün qarşısını doğru qidalanaraq ala biləcəyini düşünən Devid düz 20 il sağlam həyatın qaydalarını araşdırıb. Onun "Sıfır qarın” pəhrizi köklükdən əziyyət çəkən 500 xəstənin iştirakı ilə sınaqdan keçirilib. Xəstələrin 80 faizi 2 həftə ərzində orta hesabla 7 kiloqram arıqlayıblar. Onların bel bölgəsi 7.5 santimetr incəlib.

Bu pəhrizin ən yaxşı cəhəti sərt qaydaların olmamasıdır. Devid Zinkzenko sadəcə 14 gün ərzində aşağıdakı qaydalara əməl etməyinizi istəyir. 2 həftə ərzində bunları etsəniz, inanılmaz nəticəni öz gözlərinizlə görəcəksiniz.
Səhər yeməyindən öncə idman edin. Ən az yarım saat asta yeriyin.
Səhər yeməyində yulaf yeyin.
Gün ərzində qırmızı meyvələr yeyin
Avokado yeyin.
Yumurta yeyin.
İçərisinə 2-3 dilim portağal və ya limon atılmış 2 litr su için.
Gündəlik menyuda zülal, lif və doymamış yağlarla zəngin qidalara üstünlük verin.
Hər axşam 10 dəqiqə idman edin.
Ürəyiniz şirniyyat istəyəndə tünd şokolad və ya tut yeyin.
Qızıl balıq yeyin.
Yer fıstığı əzməsi yeyin.
Yeməklərdən öncə yağsız, sadə salat yeyin.


Etiketlər: yeyin, Devid, Zinkzenko, ərzində, artıq, qarın”, köklüyün, olduğu, idman, Səhər, Sıfır, səbəb, həftə, satılanlar, yarım, yeməyindən, siyahısında, gözlərinizlə, görəcəksiniz, yeriyin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Hesenova
mene cetin geldi
16 sentyabr 2015 21:02
1
HAMIYA NUS OLSUN!
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN