• Bayramlardan sonra çəkinin azaldılması

Reseptin məlumatları Baxış sayı: 10 915

Tarix : 20-08-2016, 10:00

Bölmə : Pəhriz (diet)


Bayramlardan sonra çəkinin azaldılması
Bayramlar istər-istəməz dolu masalar və xörəklərin çoxluğu ilə assosiasiya edilir, lakin onlar keçəndən sonra biz bütün yediklərimizin fiqurumuza göstərdiyi təsirdən narahat olmağa başlayırıq. Bayramlardan sonra çəkinin azaldılması üçün yaxşı xəbərlər ondan ibarətdir ki, müvafiq pəhrizə başlasanız, əlavə kiloqramları elə onları yığdığınız sürətlə də itirə bilərsiniz.
Xüsusi çəki azaltma pəhrizlərinə əməl etmədən siz bayramlar zamanı yığdığınız çəkini cəmi üç günə itirə bilərsiniz. Bunun üçün sadəcə bu günlər ərzində meyvə-tərəvəz xörəkləri və yoqurtla kifayətlənmək lazımdır.

Limon şirəsi və zeytun yağı bədəni toksinlərdən təmizləyir, paxlalar isə bağırsaq fəaliyyətini stimullaşdırır. Bu müddət üçün müvafiq olan digər qida məhsulları kefir, müxtəlif növ şirələr, tərəvəz şorbaları və çaydır.

Bu müddət ərzində müvafiq pəhrizə əməl etmək bayramlardan sonra çəkinin azaldılmasını təmin edir.
Etiketlər: sonra, müvafiq, çəkinin, yığdığınız, itirə, pəhrizə, müddət, bilərsiniz, tərəvəz, ərzində, Bayramlardan, azaldılması, şirəsi, lazımdır, kifayətlənmək, Limon, meyvə, sadəcə, Bunun, günlər
BİZİ İZLƏYİN