• Cənub çimərliyi pəhrizi

Reseptin məlumatları Baxış sayı: 11 478

Tarix : 21-08-2016, 10:00

Bölmə : Pəhriz (diet)


“South Beach” pəhrizi- bu artıq çəki ilə mübarizə aparmaq üçün ən asan və effektiv yoldur. Sağlam olmaq üçün qidalanmaya çox limit qoymaq, kalorini hesablamaq və ac qalmağa məcbur deyilsiniz *

Sağlam qidalanma proqramı
“Cənub çimərliyi” arıqlama pəhrizi yox, sağlam qidalanma proqramıdır. Əsasında Qlisemik İndeksi (Qİ) nəzəri biliyi durur – diabet, eləcə də ürək xəstəlikləri, piylənmənin müalicəsinə və idman adamlarının fiziki formasının saxlanılmasına kömək olur.

Yeməkdən sonra qandakı şəkərin miqdarı artır, xüsusilə Qİ ilə zəngin ərzaqlar bu artımı sürətləndirir. Qanda belə şəkər artımı iştahı qaldıran insulin ifrazına səbəb olur, ona görə də yenidən yemək istəyirik, çox vaxt bu yemək elə bütün prosesi başladan yeməklə eyni olur. İnsulinin səviyyəsinin artımı ilə bədən az kalori yandırır.

Qlisemik İndeksi
Bu indeks qandakı şəkərin miqdarına təsir edən ərzaqların sıralamasına görə yaradılıb.
Aşağı indeksli ərzaqlar qandakı şəkərin miqdarını az artırır, buna görə də aclıq hiss etmirsiz və orqanizmin yağ turşularını enerjiyə çevirmək üçün zamanı olur.
Unutmayın: yaxşı hiss etmək üçün yeyilən çipslər və biskivitlər heç bir şeyə kömək etmir, əksinə vəziyyətinizi daha da ağırlaşdırır.Aşağı indeksli ərzaqlar: alma şirəsi, yumşaq meyvələr, lobya, basmati düyüsü, qara çörək və yoğurt. Bu tam list deyil; aşağı Qİ (Qlisemik indeksli) ərzaqları tapmaq üçün xüsusi cədvəllər də var.
Nümunəvi menyu:
Səhər yeməyi
Myüsli
Qızardılmış çörək, yağ və qaynadılmış yumurta
Lanç
Yağ ilə tam buğa çörəyi, toyuq və salat
Tərəvəz supu
Meyvə
Nahar
Yüksək karbohidratlı buğda məhsulu və tərəvəzlər
İstənilən qədər yaşıl tərəvəz
Az miqdarda ət və lobya çeşidləri, mərci və ya tofu
Buxara verilmiş meyvə və ya meyvə şərbəti
Qəlyanaltı ( boş zamanda yemək üçün)
Az yağlı yoğurt və ya bir dilim pendir
Qızardılmış tam buğda çörəyi
Meyvə, təzə tərəvəzlər ( kök və kərəviz )
Az yağlı Graham krakerləri
Fermer pendiri
Etiketlər: şəkərin, qandakı, Qlisemik, artımı, ərzaqlar, yemək, indeksli, Meyvə, buğda, İndeksi, çörəyi, tərəvəzlər, Qızardılmış, yoğurt, qidalanma, lobya, Aşağı, çörək, kömək, yağlı
BİZİ İZLƏYİN