• Balanslaşdırılmış pəhriz

Reseptin məlumatları Baxış sayı: 11 946

Tarix : 19-12-2016, 15:00

Bölmə : Pəhriz (diet)


Yaxşıca balanslaşdırılmış pəhriz Hollivudu ələ keçirib. Özünüz cəhd edin! Payız və qış boyunca yaxşı formada olacaqsınız və Yeni il ərəfəsində əla bədən və gözəlliyinizlə hamını valeh edəcəksiniz. Bu gün başlayın! *

Balanslaşdırılmış pəhriz
Un qidalarını və şirniyyatları tərk edin
Un qidaları və şirniyyatlar bədəni karbohidratlarla təmin edir ki, bunlar da dərhal piyə çevrilir. Un qidalarını və şirniyyatları yeməyi dayandırdığınız zaman bədən metabolizmini avtomatik olaraq dəyişir. Əlavə olaraq, enerjini şokoladdan almaq əvəzinə, bədəndə toplanmış piydən əldə edirsiniz. Nəticə? Bu pəhrizin ən yaxşı hissəsi: ətrafda ac gəzmirsiz, yenə də artıq kiloqramları itirirsiz. Necə? Sadəcə olaraq, daha çox protein yeməklə.

Yadda saxlayın: Pəhriz həyat tərzinizə çevriləndə yaxşı olur. Əsas karbohidrat mənbələrindən imtina etməyə məcbur deyilsiniz: çörək və makaron. Onları məhdudlaşdırmaq yetərlidir. Arzuladığınız vücuda sahib olan kimi, karbohidratlara tədricən, kiçik porsiyalarla başlaya bilərsiz. Əgər hər gün şirniyyat yeməyə başlasaz, original çəkinizə yenidən qayıdacaqsınız.

Daha sağlam və gözəl olacaqsınız
Qan xolesterolu aşağı düşəcək. Qan təzyiqiniz daha az olacaq. Üç ay bu pəhriz üçün ən uyğun vaxtdır. Bu periodda siz sürətlə və daimi çəki itirəcəksiniz.

Balanslaşdırılmış pəhriz gənc qalmağınıza kömək edəcək. İnsan bədəni əsasən proteinlərdən ibarətdir. Protein yeyərkən, bədəninizi aminturşular ilə təmin edirsiniz – bunlar kərpic kimidir, toxumaları yaradırlar. Bədəninizdəki hüceyrələr regenerasiya olunacaq və siz daha gənc və gözəl görünəcəksiniz. Dəri, saç problemlərini, dırnaq problemlərini, gözlərin altındakı qara dairələri və ya boz üz cildi unudacaqsınız – dəriniz parlaq olacaq.

Nəyi və nə qədər yeyə bilərsiniz?
Ət və süd məhsulları – Yavan ət seçə bilərsiniz, toyuq və ya hinduşka ətinə, az-yağlı pendirlərə və dəniz və ya şirin su balığına üstünlük verin.
Su – Gündəlik ən az 2 litr su içmək vacibdir. Su bədəni toksinlərdən və artıq metabolizm məhsullarından təmizləyir.
Keks, çörək, un məhsulları – Bu pəhriz bu məhsullardan olan karbohidrat qəbulunu kəskin şəkildə məhdudlaşdırır, çünki bu məhsullar əlavə kiloqramlara ekvivalent olan piyləri toplayır.
Xeyirli yağlar – Bizim üçün ən yaxşı yağlar bitki və balıqdan alınan doymamış yağlardır. Bu pəhrizdə qoz-fındıq və badam əlverişlidir.
Tərəvəz və meyvələr – Çox tələb olunur. Bədənimiz karbohidratları bunlardan alır; onlar keks və çörəklərdə olan karbohidratlardan daha sağlamdır.
Sağlam hiss etmək üçün digər səbəblər
Çəki itirmək və daha gözəl görünmək üçün fərqli qidalanmaq kifayət deyil. Daha çox idman etmək lazımdır. Yalnız bu yolla, sizə çəki qazandıran hormonları ram edə biləcəksiniz. Müntəzəm məşqlər metabolizmə böyük təsir edəcək və incə vücudu saxlamağa kömək edəcək. Sürətli yerimək, üzgüçülük, coqqinq (asta qaçış), velosiped sürmək seçimini edə bilərsiz

Nümunəvi menyu:
Səhər yeməyi: Çovdar çörəyi tostu, 2 dilim vetçina, bir dilim az-yağlı pendir, 1 fincan yoqurt

Qəlyanaltı: 1 ədəd alma
Lanç: yapışmayan tavada yağsız qızardılmış qızılbalıq, 1 qaşıq zeytun yağı ilə qızardılmış 160 qr təzə badımcan, 2 ədəd çovdar krakeri, 1 kasa sezon meyvələrindən olan (və ya donmuş meyvə) salat

Qəlyanaltı: 1 fincan az-yağlı yoqurt
Nahar: yapışmayan tavada yağsız qızardılmış balıq ( treska, sudak, hek balığı, qalxan balığı), buxara verilmiş, limon şirəsi ilə qarışdırılmış 100 qr ispanaq yarpağı, bir qaşıq zeytun yağı ilə bir qədər kahı, 2 ədəd kraker.
Etiketlər: pəhriz, yaxşı, edəcək, yağlı, qızardılmış, bədəni, gözəl, olaraq, tavada, yapışmayan, yoqurt, yağsız, problemlərini, qaşıq, zeytun, edirsiniz, artıq, çörək, olacaq, bilərsiz
BİZİ İZLƏYİN