Övlad dünyaya gətirəndən sonra qadınların əksəriyyətinin arıqlamaq və formada olmaq istəyi bir qayda olaraq artır. Tezliklə hamiləlikdən öncəki formaya qayıtmaq istəyən analar müxtəlif üsullara əl atırlar.
Lakin arıqlamanın iki əsas şərti var: balanslı qidalanaraq kaloriləri azaltmaq və daha çox kalori yandırmaq üçün idman etmək. Qida mütəxəssisi Shani Shaker aşırı yeməmək və kökəlməmək, üstəlik arıqlamaq istəyənlər üçün həqiqi aclığı təyin etməyin yollarını paylaşır.
Mütəxəssis aclığın 8 növünü sadalayaraq onları aşağıdakı kimi təsnif edir:
Fiziki aclıq
Emosional aclıq
Pəhriz aclığı
Hormonal aclıq
Təsadüfi aclıq
Meyli aclıq
Vərdiş edilmiş aclıq
Assosiativ aclıq
Bütün bu aclıq növlərini bir-birindən ayırd etmək bəzən heç də asan olmur. Bu səbəbdən Shani Shaker aclığın idarə edilməsi və ödənilməsinə dair müəyyən məsləhətlər verir:
♦ Fiziki aclıq heç bir hisslə səhv salmaq mümkün deyil. Bu zaman mədədə yüngül qurultu və dərin boşluq hiss olunur. Fiziki aclıq, yemək yedikdən sonra keçib gedir. Ac olduqda insan istənilən yeməyi hətta ən sevmədiyi ərzağı belə ləzzətlə yeyə bilər. Bu növ aclıq biganə qoyulmamalıdır.
♦ Qəfil və təcili baş verən emosional aclıq adətən xoşagəlməz emosiyalarla müşayiət olunur və ya məyusedici bir vəziyyətlə əlaqədar olaraq meydana gəlir. Emosiyalara qapılıb yemək qəbul etmək olmaz, bu halda oturub bir az fikirləşmək və ya etibar etdiyiniz insanla söhbətləşmək və ya istənilən hobbi ilə baş qatmaq yerinə düşər.
♦ Əgər aclıq hissi yemək yedikdən 15-60 dəqiqə sonra meydana gəlirsə və ya yeməkdən sonra ürəyiniz şirin nəsə istəyirsə demək bədəninizin vacib qidalandırıcılara ehtiyacı var. Bu səbəbdən balanslandırılmış, faydalı və sağlam qidalara üstünlük verin. Rafinəedilmiş və şirin fabrikat və yarımfabrikat ərzaqlarından uzaq durmağa çalışın.
Aclığınızı tanıyın
Özünüzü emosional cəhətdən necə hiss edirsiniz?
Axırıncı yeməyinizdən 3-4 saat keçibdirmi?
Hansı səbəbdən yemək istəyirsiniz?
Balanslaşdırılmış qidalanırsınızmı?
Aybaşıdan bir neçə gün əvvəl qadınların çoxunda və mütəmadi olaraq əmizdirən ananlarda müəyyən vaxtlarda şiddətli aclıq hisləri müşahidə olunur. Bu aclıq mütləq şəkildə ödənilməlidir və qəbul olunan qida sağlam və faydalı olmalıdır.
Müəllif: Səltənət Zülfüqarova
Etiketlər: aclıq, yemək, sonra, Fiziki, olaraq, səbəbdən, etmək, olunur, Shani, Shaker, aclığı, sağlam, aclığın, müəyyən, istənilən, emosional, yedikdən, meydana, qəbul, şirin