• 3 günlük aclıq pəhrizi (oruc) bədənimizi sağlamlaşdırır

Reseptin məlumatları Baxış sayı: 3 601

Tarix : 24-05-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Son zamanlar aparılan bir tədqiqat nəticəsində məlum olub ki, 3 günlük tam aclıq pəhrizi bədənin immun sistemini tamamilə sıfırdan yenidən formalaşdırır. Xəstələnən zaman niyə iştahımız kəsilir?
Görəsən orqanizmimizin həzm sistemini deaktiv etməkdə məqsədi xəstəliklə tam gücü ilə mübarizə aparmaqdır? The Telegraph qəzetində yayımlanan məlumata görə 3 günlük pəhriz bədənin immun sistemini tamamilə sıfırdan formalaşdırır. Bu pəhriz zamanı sudan başqa heç bir qida maddəsi qəbul olunmur. 3 günlük tam aclıq pəhrizi (oruc) orqanizmin İmmun Sisteminin ağ qan hüceyrələrini aktivləşdirərək İmmun Sistemi tamamilə yeniləyir. Aparılan bir tədqiqat nəticəsində məlum olub ki, 3 günlük tam aclıq pəhrizi (oruc) hətta yaşlılarda belə orqanizmin İmmun Sistemini tamamilə yeniləyərək bədənin dincəlməsini təmin edir. Tədqiqat zamanı insanlara altı aydan çox bir müddətdə 2 və 4 gün ərzində pəhriz(oruc) tutmaqları tapşırılıb. Son zamanlar Dietoloqlar müxtəlif pəhriz üsullarını müzakirə edirlər və aparılan tədqiqatlar sübut edir ki, bədəni ac buraxmaq kök hüceyrələrini stimul edərək yeni ağ qan hüceyrələrinin yaranmasına səbəb olur. Cənubi Kaliforniya Universitetinin alimləri bu kəşfin İmmun Sistemi zədələnmiş xəstələrdə, məsələn, kimyaterapiya olunan xərçəng xəstələrində də effektli olacağını bildiriblər.
Bundan başqa məlum olub ki, bu pəhriz(oruc) yaşlanma nəticəsində zəifləmiş və ən adi xəstəliyə belə müqavimət göstərə bilməyən qocalarda belə faydalıdır.
Aclıq orqanizmdəki kök hüceyrələrinin bir hissəsini aktivləşdirərək İmmun Sisteminin özünü yeniləməsini gerçəkləşdirir.
Kaliforniya universitetindəki herontologiya (insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənir) və biologiya elmləri professoru Walter Longonun dediyinə görə oruc kök hüceyrələrə "aktiv ol" əmri verərək onların immun sistemini yeniləməsinə səbəb olur. Sevindirici hal odur ki, bədən immun sistemini yeniləmək üçün lazımsız və zərər görmüş toxuma və hüceyrələrini yox edərək bunlardan əldə etdiyi maddələrlə yeni sistemi formalaşdırır.
Xərçəng xəstəliyi zamanı alınan kimyaterapiya və ya yaşlanma səbəbi ilə həddən çox zərər görmüş bir immun sistemi ilə başlasanız da oruc, sözün əsl mənasında, yeni bir immun sistemi yaranmasına səbəb olur. Uzun müddətli aclıq qlükoza və yağ ehtiyyatını istifadə etmək üçün bədəni gücə salır, amma bununla yanaşı ağ qan hüceyrələrinin də böyük bir qismini məhv edir. Ağ qan hüceyrələrindəki bu azalma kök hüceyrələrdə regenerasiyaya səbəb olur, və bu da immun sistemi hüceyrələrinin yenidən dəyişilməyini həyata keçirir.
Uzun müddətli oruc zamanı yaşlanma və xərçəng riskini və şişlərin böyüməsini artıran bir hormon olan ferment olan PKA da azalır.
Həkim Longoya görə uzun müddətli aclıq müddətində bədən hüceyrələri azalan enerjini qorumağa çalışdıqları üçün əsas olaraq zərər görmüş və çox faydalı olmayan immun sistemi hüceyrələrini məhv etdi. "Həm insan, həm də heyvanlarda testlərimizə görə ağ qan hüceyrələrinin sayısı kifayət qədər azaldı. Bundan sonra yenidən yemək verməyə başlayanda bütün ağ qan hüceyrələri yenidən yerinə gəldi. Biz, görəsən, bu ağ qan hüceyrələri hardan ortaya çıxdı, necə yarandı deyə düşündük. Kök hüceyrələrinin aktivləşib, bunları istehsal etdiyini sonradan anladıq."
72 saat tutulan oruc, həmçinin, xərçəng xəstələrini də kimyaterapiyanın zəhərli təsirlərindən qorudu. Tədqiqatı aparan professorlardan Tanya Dorffa görə isə Kimyaterapiya xərçəng xəstələrini sağaltsa da, bədənin immun sisteminə böyük miqdarda zərər verir və bu araşdırmanın nəticəsi orucun kimyaterapiyanın vurduğu zərərlərin bəzilərini bərpa edə biləciyini göstərir.
Professor Longo daha çox kliniki testlərə ehtiyac olduğunu və sadəcə immun sisteminin deyil, digər orqan və sistemlərə də müsbət təsirinin tapıla biləcəyini bildirir.
Lakin, bəzi ingilis mütəxəssislər bu tədqiqatlara şübhə ilə yanaşırlar.
London Universitet Kolleci professorlarından Graham Rook isə tədqiqatın ağlasığmaz olduğunu qeyd edib.
Eyni universitetin Regenerativ tibb sahəsi üzrə professoru Chris Mason tədqiqatda maraqlı məlumatlar olduğunu bildirib. Onun sözlərinə görə 72 saatlıq aclıq faydalı ola bilər. Belə ki, bu, xərçəng xəstəliyi olan bir insan üçün çox zərərli ola biləcək qədər uzun müddət deyil, amma orucun həkim nəzarətində dərmanlarla sintezinin daha faydalı ola bilər. O, həmçinin, orucun ən yaxşı üsul olmadığını və insanların müntəzəm yeyərək daha sağlam ola biləcəklərini qeyd edib.
Professor Longo isə orucun təhlükəli ola biləcəyinə dair heç bir sübutun olmadığını, əksinə, bunun xeyirli olduğuna dair tutarlı sübutların olduğunu bildirib. O, yüzlərlə xərçəng xəstəsindən emaillər aldığını və onların onkoloqların nəzarətində oruc tutduqlarını və böyük əksəriyyətinin orucun onlara yaxşı təsir etdiyini, sadəcə bəzi xəstələrdə huşunu itirmək və qaraciyər testlərində mənfi göstəricilərin müvəqqəti olaraq artdığını vurğulayıb.
Etiketlər: immun, xərçəng, hüceyrələrinin, aclıq, pəhriz, orucun, sistemini, İmmun, sistemi, olduğunu, səbəb, zərər, hüceyrələrini, zamanı, tamamilə, bədənin, günlük, yenidən, faydalı, hüceyrələri
BİZİ İZLƏYİN