Yaz və yay ayları yaxınlaşdıqca artıq çəkili xanımları bu çəkilərdən necə azad olacam problemi narahat edir. Lakin artıq narahat olmağa dəyməz, çünki su dieti ilə 5 gündə artıq çəkilərinizdən azad olmaq və daha incə görünməyiniz mümkündür. Su dieti əslində bir detoks proqramıdır. Buna görə də bunu sadəcə toy və nişan qabağı və ya tətilə gedərkən incə görünmək üçün deyil, bədəninizin nə vaxt detoksa ehtiyacı olarsa o vaxt tətbiq edə bilərsiniz.
Şorba və meyvə sularının üstünlük təşkil etdiyi proqramda ananas, çiyələk kimi bağırsaqları hərəkət elətdirən və şişləri azaldan meyvələr də var. Ancaq onu da qeyd edək ki, su dietini ürək və şəkər xəstələri, hamilə xanımlar və süd verən anaların tətbiq etməsi qadağandır.
Su dieti menyusu üçün nümunə
Səhər: 1 stəkan ilıq limonlu su, 1 stəkan portağal və ya qreypfrut suyu qarışığı, 2 dilim təzə ananas, 6 ədəd çiyələk və 2 qaşıq yulaf əzməsi.
Ara: 1 stəkan cökə və çoban yastığı yarpağı çayı, 1 stəkan ilıq su və 1 çay qaşığı zəncəfil tozu ilə hazırlanmış çay.
Günorta: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, bol miqdarda salat (avokado, turp, təzə soğan, vəzəri, cəfəri, pomidor, yağ və limon).
Ara 1: 3 ədəd bütov qoz
Ara 2: 2 dilim ananas, 1 alma, 1 stəkan zəncəfil tozu çayı.
Ara 3: 1 dilim buğda unundan hazırlanan çörək, 1 dilim pendir, pomidor, xiyar və cəfəri, 1 stəkan çoban yastığı çayı.
Qeyd: Bu aralar 1 saatdan bir olmalıdır.
Axşam: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, 1 pors tərəvəz qaynadılmışı (istəsəniz, üstünə bir az zeytun yağı, bol limon ilə kətan toxumu da əlavə edə bilərsiniz), 1 qutu prebiotik qatıq.
Ara: 2 dilim ananas, 15-20 ədəd qara çəkirdəkli üzüm, 4 ədəd təzə ərik, 2 stəkan ilıq limonlu su.
Etiketlər: stəkan, dilim, ananas, dieti, tərəvəz, artıq, limon, çoban, yastığı, çiyələk, zəncəfil, pomidor, şorbası, bilərsiniz, tətbiq, limonlu, narahat, cəfəri, Günorta, hazırlanmış