• 5 kiloqram itirmək üçün 5 önəmli məsləhət

Reseptin məlumatları Baxış sayı: 6 524

Tarix : 10-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Su için
Arıqlamağın ən əsas təməli sudur. Su bədəndə yığılan yağın və şişin əriməsinə kömək edir. Buna görə də kişilər gündə 10-12 stəkan, qadınlar isə 8-10 stəkan su içməlidirlər.

Səhər yeməyi yeyin
Səhər yeməyi yemədən günə başladığınız günü həyatınızın sağlam keçməyən günü kimi düşünə bilərsiniz. Səhər yeməyi yemədən günə başladığınız zaman artıq çəki almağınız qaçılmazdır. Səhər yeməyi hazır və tez işləyən maddələr mübadiləsi deməkdir. Xüsusilə səhər yeməyində protein tərkibli pendir və yumurta artıq çəki itirməyin surətini tezləşdirəcək. Bir az zeytun, mürəbbə və ya bal da səhər yeməyində üstünlük verə bilərsiniz.

Proteinli qidalar yeyin
Cəmiyyət olaraq artıq çəki almağımızın əsas səbəbi daha çox yemək yeməyimiz deyil, əksinə qidaları düzənsiz qəbul etməyimizdir. Xüsusilə soda tərkibli qidalar qarın nahiyyəsinin daha çox piylənməsinə səbəb olur. Əgər soda tərkibli qidaları protein tərkibli qidalarla əvəzləsəniz başda qarın nahiyyəsi olmaqla çəki itirəcəksiniz. Səhər yeməyində yumurta, günorta və axşam yeməklərində qırmızı ət, toyuq yesəniz çəki itirməyiniz surətlənəcək. Bununla bərabər tərəvəz də yeməyi unutmamalısınız.

Atışdırın
Son zamanlarda atışdırmağın çəki itirmədə çox faydalı olduğu sübut edilməkdədir. Uzun müddət işlədiyiniz zaman 2-4 dəfə əsas yemək aralarında atışdırmağın şərt olduğu bildirilir. Əgər səhər yeməyi ilə günorta yeməyi arasında uzun müddət varsa atışdıra bilərsiniz. Günorta və axşam yeməklərinin saatları arasında uzun müddət varsa 1 və ya 2 dəfə atışdırmağınız şərtdir. Əgər uzun müddət ac qalsanız əsas yeməkdə diqqətsizcə və şüursuzca qida qəbul edəcəksiniz. Əgər şirniyyat yemək xoşlayırsınızsa quru ərik, əncir, kişmiş yeyə bilərsiniz. Bundan başqa meyvəli yogurt da yeməyiniz gün ərzində şirniyyat ehtiyacınızı qarşılayacaq. Duzlu qidalar sevirsinizsə fındıq, badam, yeyə bilərsiniz. Duzlu biskvit, pendir-çörək, simit-ayran da alternativ ola bilər.

Hərəkət edin
Artıq çəki almağımızın əsas səbəblərindən biri də hərəkətsizlikdir. Əgər iş rejiminizə görə idman salonlarına gedib idman edə bilmirsinizsə, işdən sonra yürüyüş edin. Həftə sonları daha hərəkətli gün keçirin. Əgər sadəcə çəki itirmək üçün idmanla məşğul olursunuzsa, unutmayın ki, idmanı buraxdığınız zaman artıq çəki alacaqsınız. Həftədə 3-4 gün 45 dəqiqə və ya bir saat yürüyüş ən sağlamıdır.
Etiketlər: yeməyi, bilərsiniz, Səhər, tərkibli, artıq, müddət, qidalar, səhər, yeməyində, zaman, yemək, idman, yürüyüş, axşam, Xüsusilə, pendir, Duzlu, qəbul, qidaları, qarın
BİZİ İZLƏYİN