• Bir həftəyə 5 kq arıqlayın

Reseptin məlumatları Baxış sayı: 8 492

Tarix : 5-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Xurma dieti
Düşünməyin ki, pəhrizi ancaq yaz və yayda saxlamaq,incə görünüşə sahib olmaq olar. İncə və sağlıqlı görünmək biz xanımlara bütün mövsümlərdə gərəklidir. Sadəcə mövsümünə uyğun düzgün qidalanma, dietlə buna sahib olmaq olar.

Bazar ertəsi
Səhər yeməyi: 2 ədəd xurma

Nahar: 1 parça kəpəkli undan bişirilmiş çörək, 4 xörək qaşığı yunan qabağı, pomidor, göbələkli raqu, 1 ədəd xurma

Şam: 200 qr. yağsız kəsmik, limon suyu əlavə edilərək kələm və köklə hazırlanmış salat.

Çərşənbə
Səhər yeməyi: 2 ədəd xurma

Nahar: 100 qr. yağsız kəsmik, 1 ədəd xurma

Şam: 200 qr. tərəvəzli raqu (yunan qabağı, badımcan, pomidor, kartof və kök).

Çərşənbə axşamı
Səhər yeməyi: 2 parça kəpəkli çörək, ağ pendir, 1 ədəd xurma

Nahar: 200 qr. suda bişirilmiş toyuq filesi, 4 xörək qaşığı malakan üsulu kələm turşusu və ya

yağsız qovrulmuş tərəvəz, 1 ədəd xurma

Şam: ½ stəkan yağsız qatıq, 2 ədəd xurma.

Cümə axşamı
Səhər yeməyi: 2 ədəd yağsız kəsmikli kətə, 1 ədəd xurma

Nahar: 2 parça kəpəkli çörəklə 1 boşqab tərəvəz şorbası, 1 ədəd xurma

Şam: 2 ədəd xurma, 1 stəkan yağsız kefir.

Cümə
Səhər yeməyi: 2 ədəd xurma

Nahar: 1 ədəd dərisi çıxarılaraq suda bişmiş toyuq budu, 3 xörək qaşığı duzsuz və yağsız

bişirilmiş düyü, 1 ədəd xurma

Şam: 100 qr. yağsız kəsmik.

Şənbə
Səhər yeməyi: 1 boşqab suda bişirilmiş yulaf yarması, 1 ədəd xurma

Nahar: 150 qr. suda bişirilmiş toyuq filesi, 1 ədəd xurma, 1 ədəd alma

Şam: 2 ədəd xurma, 1 stəkan yağsız kefir.

Bazar
Səhər yeməyi: 2 ədəd xurma

Nahar: 2 parça kəpəkli çörək, 1 boşqab tərəvəz şorbası, 1 ədəd xurma

Şam: 2 xurma, 1 stəkan yağsız kefir və ya qatıq.

Qeyd: Bu pəhriz payız və qış üçün ən əlverişli diet sayılır. Nəticə əldə etmək üçün ən azı 1 həftə dieti davam etdirmək lazımdır. Həm də səhər yeməyi ilə nahar arası və nahar ilə şam yeməyi arası 1 xurma yeyib, 1 fincan şəkərsiz çay içmək olar. İçkilərdən su, şəkərsiz bitki və ya yaşıl çay daha məsləhətlidir. Dietdən tədricən çıxmaq lazımdır. Ətli qidaları tədricən yeməyə başlayın. Yatmazdan əvvəl heç nə yeməyin. Diet bitdikdən sonra da xurma yeməyə davam edin.Diet zamanı yalnız tam yetişmiş xurmalardan istifadə edin.
Etiketlər: xurma, yağsız, yeməyi, Səhər, Nahar, bişirilmiş, kəpəkli, parça, stəkan, qaşığı, toyuq, tərəvəz, kəsmik, kefir, boşqab, xörək, çörək, Çərşənbə, axşamı, nahar
BİZİ İZLƏYİN