• Qatıq ye, arıqla

Reseptin məlumatları Baxış sayı: 4 263

Tarix : 9-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Qatıq, ümumiyyətlə, min bir dərdə dərmandır. Bəs qatığın arıqlama mövzusunda faydaları hansılardır? Qatıq arıqlamağa yardımçı olan ən yaxşı qidalardan biridir. Tərkibindəki bol miqdarda zülal güc mənbəyi olmaqla yanaşı, kalsium da sümüklərin inkişafına və bərkiməsinə kömək olur. Eyni zamanda da kalsium kilo atmaq mərhələsini sürətləndirir.

Qatıq yeyərək sən orqanizmindəki yağları yandırmaqla əzələləri bərkidə bilərsən. Nə qədər çox əzələn olursa bir o qədər də çox kalori itirə bilərsən. Zülallarla zəngindir, bu da, toxluq hissi yaradır. Metabolizmanı sürətləndirir. D vitaminin çatışmırsa onu bərpa edir. Sadə qatıq yemək “ürəyini vurursa” və şirin qatıq istəyirsənsə o zaman hazır meyvəli qatıq almaq əvəzinə özün evdə sadə qatığın üzərinə təzə meyvələr əlavə edib yeyə bilərsən. Belə daha sağlıqlı qidalana və arıqlaya bilərsən.

Qeyd edək ki, axşamlar yatmamışdan əvvəl bir kasa qatıq yeyib yatmaq orqanizmi təmizləməklə yanaşı bağırsaqların işini də rahatlaşdırır.
Etiketlər: qatıq, bilərsən, Qatıq, sürətləndirir, qədər, kalsium, yanaşı, qatığın, bərpa, çatışmırsa, təmizləməklə, yemək, şirin, vurursa”, vitaminin, Metabolizmanı, hissi, toxluq, zəngindir
BİZİ İZLƏYİN