• Zəncəfilli pəhriz

Reseptin məlumatları Baxış sayı: 3 453

Tarix : 11-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Zəncəfil qidanın yaxşı həzm olunmasına kömək edir, bağırsaq pozulması riskini azaldır, qaraciyərin və ödün işini yaxşılaşdırır. Eyni zamanda da çəki atmaqda da köməkçi olur. Zəncəfil daxili orqanları isidən təsirə malikdir.

Həftəlik menyu
Səhər yeməyi

1. Bir boşqab suda bişmiş yulaf yarması. Yulaf sıyığına quru meyvə və bal qata bilərsən.
2. Yoqurtlu meyvə salatı və bir parça çörək.

İkinci səhər yeməyi
Alma və ya banan.

Nahar
1. Bir tikə suda bişmiş mal əti, 1 x.q. bitki yağı və tərəvəzdən hazırlanmış salat.
2. Ət bulyonunda hazırlanmış tərəvəz şorbası, bir tikə toyuq filesi.

Günorta qəlyanaltısı
1. Bal ilə 2% yağlılığı olan kəsmik və ya yoqurt.
2. Bir tikə qara çörəklə pendir.

Şam yeməyi
1. Tərəvəz salatı, suda bişmiş mal əti.
2. Pörtlədilmiş tərəvəz, suda və ya buğda bişmiş balıq.

Zəncəfil çayı
Axşamdan dəmlənmiş 1.5 litr zəncəfil çayını gün ərzində hər dəfə 1 stəkan olmaqla içmək lazımdır.

Hazırlanması
3 sm uzunluğunda olan zəncəfil kökünü təmizlə. Rəndədən keçir və ya xırda doğrayıb termosa tök, üzərinə 1.5 litr qaynar su əlavə et. Zəncəfil dəmləməsinə ½ limon suyunu və 1.5 x.q. bal əlavə et. Sonra termosun qapağını kip bağla ki, yaxşıca dəm alsın. Birinci stəkanı səhər ac qarına iç. Ondan sonrakıları isə hər yemək qəbulundan 20 dəqiqə əvvəl, ən axırıncını isə yuxudan 2 saat əvvəl iç. Əgər təzə zəncəfil yoxdursa üyüdülmüş zəncəfil də istifadə edə bilərsən. 1 stəkan qaynar suya ½ ç.q. üyüdülmüş zəncəfil, 1 ç.q. bal əlavə edib dəmə qoya bilərsən. Hazır olduqdan sonra içə bilərsən.

Zəncəfil pəhrizinin üstünlüyü
Bu pəhrizin üstünlüyü onu uzun müddət saxlamağın mümkünlüyündədir. Təxminən 2 aya qədər saxlamaq olar. Çünki zəncəfilin orqanizmə heç bir zərəri yoxdur.

Diqqət! Zəncəfil yüksək təzyiq və həzm problemi olan insanlara qadağandır.

Olar -
Tərəvəz, meyvə, yumurta, dəniz məhsulları, yağsız ət, balıq, bal, yarma, kəpəkli undan hazırlananmış çörək, süd və qatıq məmulatları, göbələk, pendir (yağlılığı 20%-dən az), kərə və bitki yağını az miqdarda istifadə etmək olar. Çaydan başqa zəncəfili yeməklərdə də istifadə etmək olar. Yeməyə xüsusi dad qatacaq, ətləri isə daha yumşaq hala gətirəcək.

Olmaz -
Ağ çörək, un məmulatları, ət və kolbasa məmulatları, şirniyyat, mürəbbələr, acı və duza qoyulmuş məhsullar, souslar, qızartmalar istifadə etmək olmaz. Zəncəfil çayından başqa sadə su, bitki çayı və gündə bir dəfə şəkərsiz və südsüz qəhvə içmək olar.
Etiketlər: Zəncəfil, zəncəfil, bişmiş, istifadə, bilərsən, etmək, yeməyi, məmulatları, meyvə, çörək, əlavə, bitki, hazırlanmış, stəkan, tərəvəz, yağlılığı, balıq, başqa, salatı, pendir
BİZİ İZLƏYİN