• Dükandan pəhriz

Reseptin məlumatları Baxış sayı: 597

Tarix : 24.09.2018, 18:00

Bölmə : Pəhriz (diet)


Fransız diyetoloqu Pyer Dükanın adı hazırda bütün dünyada məşhurdur. Onun müştəriləri arasında dünyaca məşhur Cennifer Lopes, Penelopa Kruz kimi məşhur ulduzlar var. Dükanın özünəməxsus xüsusiyyətləri olan pəhrizi 4 mərhələyə bölünür. İlk iki mərhələ arıqlayıb normal çəkiyə düşməyə kömək edir, üçüncü və dördüncü mərhələ isə effekti möhkəmləndirməyə imkan verir.

Birinci mərhələ - Həmlə
Həmlə adlanan ilk mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq olar. Pəhrizin müddəti aşağıdakı kimi təyin olunur:


10-20 kq artıq çəkisi olanlar – 3-5 gün

20-30 kq artıq çəkisi olanlar – 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar – 5-10 gün

Bu mərhələdə pəhrizi 10 gündən daha artıq davam etdirmək olmaz.

Birgünlük menyu
Səhər yeməyi: 3 yumurtanın ağından hazırlanmış omlet, yağsızlaşdırılmış süd, bir paça balıq, çay və ya qəhvə.

Nahar: toyuq və ya mal əti-suda bişirilmiş, ya da göyərtili buğlama.

İkinci nahar: dəniz məhsulları, bir tikə pendir.

Şam: balıq, yağsız qatıq. Bu mərhələdə 1.5-4 kq çəki itirmək mümkündür.

İkinci mərhələ - Kruiz
Bu mərhələdə rasiona tərəvəzləri əlavə edə bilərsən. İstənilən az kalorili tərəvəz bişmiş və ya çiy halda yeyilə bilər. Buraya tərkibindəki çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) daxil deyil. Mütləq kəpəkli undan hazırlanmış qidalar yemək lazımdır. Yeməyin miqdarı əsas deyil, əsas şərt hər 3-4 gündən bir zülal və karbohidratları növbələməkdir. Arıqlama qədəri – həftədə 1 kq.

Üçüncü mərhələ - Möhkəmləndirmə
Bu mərhələdə tədricən pəhrizəqədərki normal qidalanmaya qayıtmaq əsasdır. Sadaladığımız digər mərhələlərdəki ərzaqlara çörək, makaron, kartof, düyü, bitki yağı, meyvə (üzüm və banandan başqa), şirniyyat əlavə olunur. Hər gün mütləq 2-3 xörək qaşığı yulaf kəpəyi və 3 çay qaşığı bal yeyilməlidir. Həftədə 1 gün sadəcə zülal günü olmalıdır.

Günlük təqribi menyu
Səhər yeməyi: 1 st. qatıq və ya 200 qr kəsmik, bir tikə bişmiş toyuq əti, soyutma yumurta, çay.

Nahar: az yağlı balıq, pörtlədilmiş tərəvəz, çay və qəhvə.

Şam: tərəvəz şorbası, qrildə ət.

Davamlılığı – 50-100 gün. Hər 10 gündən bir 1 kq çəki itirilir.

Dördüncü mərhələ - Stabilləşdirmə
Bu mərhələdə birinci mərhələnin ərzaqlarından istifadə olunur. Mərhələ 3 şərtdən ibarətdir:
- Həftədə bir gün zülal günü olmalıdır
- Gündə 3 x.q. yulaf kəpəyi yeyilməlidir
- Lifti pilləkənlə əvəz edib, piyada çox gəzmək lazımdır. Bu mərhələ üçün müddət limiti yoxdur.

Təqribi günlük menyu
Səhər yeməyi: qatıq və ya bir tikə ağ pendir, soyutma yumurta, qəhvə və ya çay.

Nahar: yengəc çubuqları, toyuq paşteti, balıq. Desertə - qatıq və ya ağ pendir. Şam səhəryeməyində olduğu kimi.

Pəhrizin müsbətləri
- Digər pəhrizlərdən daha effektlidir
- Təhlükəsizdir, stressə səbəb olmur
- Aclıqdan əziyyət şəkməyə, kaloriləri hesablamağa ehtiyac yoxdur.

Pəhrizin mənfiləri
- Bahalı olduğu üçün bir çoxları üçün dəniz məhsulları əldə etmək çətindir
- Balanslaşdırılmış qidalanma vitamin və ya mikroelement azlığına səbəb ola bilər
- Vegeterianlar üçün deyil.

Etiketlər: mərhələ, mərhələdə, qatıq, artıq, balıq, çəkisi, olanlar, deyil, olunur, zülal, Pəhrizin, gündən, menyu, Nahar, toyuq, qəhvə, tərəvəz, yeməyi, pendir, Səhər
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica