• Ən yaxşı təmizləmə pəhrizi - Qatıq

Reseptin məlumatları Baxış sayı: 5 604

Tarix : 14-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Pəhriz üsulumuz sağlamlığımız və əhvalımız üçün böyük rol oynayır. Həddən artıq yağlı və qızardılmış qidalar orqanizmamıza pis təsir edir, həddən artıq şirin qidalar isə sinir sisteminə mənfi təsir göstərir. Qatıq bədəndəki artıq qidalardan təmizləmək üçün ən yaxşı məhsuldur. O həm də, yaxşı qidalandırıcıdır. Bizi güclü edir, həzm sistemimizi boşaltmaqda faydalıdır. Gün ərzində qatıqla orqanizmi boşaltmaq, təmizləmək üçün bir neçə üsul var.

1. Qatıqlı solo-pəhriz
Sadəcə 3 gün ərzində 1-1.5 litr qatıq ye. Az yağlı qatıq yeməyə məcbur deyilsən. 2.5%-lik qatıq da yeyə bilərsən. Əmin ola bilərsən ki, bundan sonra heç bir aclıq hissin olmayacaq.

2. Qarabaşaq pəhrizi – zülal pəhrizi
Bu pəhrizi 3 gündən 5 günə kimi davam etdirmək olar. Bir stəkan qarabaşaq yuyulur, bir kasa qatıqda axşamdan islağa qoyulur. Səhər isə onu dörd bərabər hissəyə ayırıb yeyirsən. Bişirməyə ehtiyac yoxdur, soyuq halda olmalıdır. Yemək aralarında isə şəkərsiz qatıq, mineral su və ya yaşıl çay içmək olar. Əgər pəhrizi 5 gündən artıq davam etdirmək istəsən o zaman rasionuna alma, 1-2 xiyar əlavə etməlisən ki, orqanizmin tamamilə lifsiz qalmasın.

3. Qatıq və kəsmikli metabolik pəhrizi
1 litr qatıq 0.5 kq az yağlı kəsmiklə qarışdırılır. Qarışımı hissələrə bölüb gün ərzində bərabər şəkildə qəbul etmək lazımdır. Və şəkərsiz çay içmək olar. Bu pəhriz maddələr mübadiləsini yaxşılaşdırır. Sadəcə mənfi tərəfi var. Hər şeyin artığı zərər olduğu kimi zülalın da çoxluğu orqanizmimiz üçün zərərdir. Ona görə də, pəhriz zamanı bol şəkildə su və bitki mənşəlli çaylar içmək məsləhətlidir.

Hər üç pəhrizdən sonra ay ərzində 3 kq-dan 5 kq-a qədər çəki ata bilərsən. Nəticədə dərin təmizlənəcək, özünü yaxşı hiss edəcəksən və əhvalın da düzələcək.
Etiketlər: qatıq, pəhrizi, artıq, ərzində, bilərsən, pəhriz, yaxşı, yağlı, içmək, şəkərsiz, şəkildə, təmizləmək, Sadəcə, etdirmək, gündən, sonra, davam, Qatıq, bərabər, qidalar
BİZİ İZLƏYİN