• Kəsmik pəhrizi

Reseptin məlumatları Baxış sayı: 18 901

Tarix : 15-06-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Kəsmik arıqlamaq menyuları içərisində xüsusi yer tutur. Tərkibindəki az yağ və kalori (100 qramda 80 kalori) sayəsində metabolizmanı sürtələndirərək çəki itirməyə kömək edir. Eyni zamanda tərkibində A, B və D vitaminləri, natrium, fosfor və dəmir kimi minerallar mövcuddur. Bu faydalı birləşmələr sayəsində kəsmik “gözəllik məhsulu” da adlandırılır. O dişləri möhkəmləndirir, dərini təmizləyir və saçların qalınlaşmasına şərait yaradır. Kəsmik yeyərkən sadəcə diqqət edilməli nüans ən azı 2 litr suyun içilməsidir. Çünki kəsmik pəhrizi zamanı orqanizm özündəki mayeni tamamilə itirir və buna gördə də maye balansını qorumaq üçün ən az 2 litr su içmək lazımdır. Gələk əsas məsələyə. Kəsmik pəhrizi necə edilir? Bu yazıda sizə 4 üsullu kəsmik pəhrizinin respetlərini təqdim edirik.

Kəsmik pəhrizi 1
Çəki itirmək üçün klassik kəsmik pəhrizi
Bu pəhrizi etmək üçün sizə 500 qram kəsmik və 500 ml kefir lazımdır. Və bunları 5 nahar bölgüsünə bölməlisiniz. Qalan müddəti isə su, yaşıl çay, qoji tərkibli bitki çayları içə bilərsiniz. Bu klassik pəhrizlə 3 gün ərzində 5 kq çəki itirə bilərsiniz.

Kəsmik pəhrizi 2
Sevdiyiniz qidalarla – fındıq, badam, meyvələrlə kəsmiyi birləşdirib yeyə bilərsiniz. Amma yenə də 100 qram gündə 5 dəfə olmaqla yeməlisiniz. Faydalı bir seçim də edə bilərsiniz: əvvəlcədən qaynar su ilə buxarda hazırlanmış 1-2 qaşıq kəpək yeməyi yeyə bilərsiniz.Bu pəhrizi isə 3 gündən 5 günə qədər saxlaya bilərsiniz.

Kəsmik pəhrizi 3
Səhər yeməyində suda bişmiş yulaf, buxarda bişmiş ətlə tərəvəz, və balla çay ola bilər menyunuzda. Naharda kəsmiklə birgə hər hansı bir dietik yemək də yeyə bilərsiniz. Çovdar çörəyi yeyin. Axşam naharında da dietik yeməklər yeməyiniz məsləhətlidir. Atışdırmaq üçün alma və ya portağal yeyin. Bu pəhrizlə də 3-4 kq çəki itirə bilərsiniz.
Etiketlər: pəhrizi, bilərsiniz, Kəsmik, kəsmik, klassik, itirə, lazımdır, bişmiş, buxarda, dietik, pəhrizlə, kalori, yeyin, sayəsində, Faydalı, kəsmiyi, meyvələrlə, badam, bunları, birləşdirib
BİZİ İZLƏYİN