• Yaşıl qəhvə ilə arıqlayaq

Reseptin məlumatları Baxış sayı: 2 452

Tarix : 27-05-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Həmişə müxtəlif mənbələrdə rast gəlirik ki, qəhvə arıqlamağa kömək edir. Gündə filan qədər içsəniz bu qədər çəki itirərsiniz və daha nələr, nələr. Son zamanlar isə qarşımıza çıxan yaşıl qəhvə tək bizim üçün deyil, həm də, alimlər üçün də yenilikdir. Bu sahədə araşdırmalar aparılır. Və araşdırmaların nəticəsi olaraq da, alimlərin fikirləri bu haqda təzadlıdır. Belə ki, bəzi alimlər düşünürlər ki, bu məhsul çox faydalıdır, bəziləri isə düşünürlər ki, o nəinki arıqlamağa kömək etmir, hətta orqanizm üçün çox zərərlidir. Elə buna görə də, biz də kiçik araşdırma apardıq və yaşıl qəhvənin arıqlamağa nə dərəcə kömək etdiyini sizinlə paylaşırıq.

Yaşıl qəhvənin faydaları
Yaşıl qəhvə adət etdiyimiz qara qəhvənin qovrulmamış formasıdır. Yəni, ilkin emaldan sonra satışa çıxarılan məhsuldur. Tərkibi xlorogen adlanan yağları parçalayan turşularla zəngindir. Bu turşu güclü antioksidant olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Elə bu da, arıqlamağa şərait yaradır. Qəhvə qovrulduqda isə tərkibindəki xlorogen turşusunu itirir. Yaşıl qəhvəni mütəmadi olaraq istifadə etsəniz orqanizminizdəki piy qatı tamamilə əriyəcək və yeni piy qatının əmələ gəlməsinin qarşısını alacaq. Lakin qeyd edilən bu xüsusiyyət yalnız düzgün qidalandıqda və fiziki gərginlik olmadıqda əhəmiyyətli olur. Yaşıl qəhvə artıq çəki ilə mübarizədə orqanizmə yaxşı kömək edir. Eləcə də, orqanizmi təmizləyir və gümrah hiss etdirir. Lakin onu düzgün istifadə etmədikdə, normadan artıq içdikdə yaxşı təsir etməyəcək və heç bir faydası olmayacaq.

Bəs yaşıl qəhvəni necə içmək lazımdır?
Yaşıl qəhvəni şəkərsiz içsəniz faydasını görəcəksiniz. Yaşıl qəhvə ilə ənənəvi olaraq içdiyimiz qəhvənin dadında çox fərq var.

Yaşıl qəhvənin ziyanları
Qeyd edək ki, istənilən güclü təsirə malik maddələr kimi, yaşıl qəhvənin də orqanizm üçün əks təsirləri var. Qəbul qaydalarına düzgün əməl edilmədikdə əsəbilik, yuxusuzluq, başağrısı, ürəkbulanması və həzm pozğunluğu kimi problemlər yaradır. Bundan əlavə, yaşıl qəhvə şəkərli diabet, ürək xəstəlikləri, osteoporoz (sümüklərdə zəiflik) olanlar, qastrit, mədə xorası və qlaukomadan əziyyət çəkənlər tərəfindən istifadə edilsə əks təsir göstərər.

Qeyd: Yaşıl qəhvə ilə 2-4 həftə ərzində arıqlamaq olur.
Etiketlər: Yaşıl, qəhvə, qəhvənin, yaşıl, kömək, arıqlamağa, qəhvəni, olaraq, düzgün, istifadə, Lakin, alimlər, maddələr, artıq, təsir, yaradır, içsəniz, orqanizm, nələr, qədər
BİZİ İZLƏYİN