• 4 günlük detoks

Reseptin məlumatları Baxış sayı: 3 964

Tarix : 3-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Əvvəlki yazılarımızda sizə detoksa aid bəzi faydalı reseptlər, məlumatlar paylaşmışdıq. Bu dəfə yay qabağı sizə FitBite ilə birlikdə bədəninizi öyrəşdiyi rejimdən çıxarmaqla şok effekti yaradaraq həzm sistemini təmizləmək, toksinlərdən azad etmək üçün detoks pəhrizini təqdim edirik. Bu pəhriz həzm sistemini təmizləmək üçün vacibdir. Seçdiyiniz pəhriz menyusunu iki gündən artıq olmamaq şərtilə etmək daha məqsədə uyğundur.

Birinci gün
Kəsmik – 300 qr
Alma – 2 ədəd
Təbii bal – 100 qr
Qoz ləpəsi – 10 ədəd
Gün ərzində bəyəndiyiniz kombinasiyada bu qidanı qəbul edirsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirisiniz.
Məsələn, səhər 1 alma və 50 qr kəsmik, naharda 50 qr bal, 3 qoz ləpəsi və 100 qr kəsmik, axşam yeməyinə 1 alma və 5 qoz ləpəsi ilə bir qaşıq bal, digər qidaları isə ara qəlyənaltısı olaraq qəbul edə bilərsiniz.

İkinci gün
Mal əti (toyuq əti) – 200 qr
Tərəvəz (kələm, kök, pomidor, xiyar,badımcan və s.) – 300 q
Gün ərzində əti qaynadıb soyutma edirsiniz, tərəvəzləri isə istəyə görə buxarda bişirə bilərsiniz (qaynada bilərsiniz) və ya təzə-təzə qəbul edə bilərsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirirsiniz.

Üçüncü gün
Yumurta – 2 ədəd
Xiyar – 1 kq
Cəfəri – 1 dəstə
Yumurtanı soyutma edirsiniz, xiyarı isə təzə-təzə istifadə edirsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirisiniz.

Dördüncü gün
Yumurta – 1 ədəd
Xiyar – 0.5 kq
Pomidor – 1 ədəd
Qatıq – 1 litr
Yumurtanı soyutma edirsiniz, xiyarı və pomidoru isə təzə-təzə istifadə edirsiniz. İstəyə görə, qatığa su qataraq ayran etmək olar. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirsiz.
Etiketlər: qəbul, edirsiniz, məhsulları, bölərək, bilərsiniz, qəbuluna, ləpəsi, soyutma, etmək, kəsmik, xiyarı, istifadə, pəhriz, Xiyar, ərzində, Yumurta, təmizləmək, Yumurtanı, sistemini, edirisiniz
BİZİ İZLƏYİN