• Qışı kökəlmədən keçirməyin yolları

Reseptin məlumatları Baxış sayı: 962

Tarix : 7.08.2017, 11:00

Bölmə : Pəhriz (diet)




Soyuq qış günlərində hərəkətsizlik və kalorili qidalar əlavə olunduqda kökəlmək qaçınılmaz olur. Qışı kökəlmədən keçirməyin yollarını sizlər üçün yazdıq.

Hava soyuq olduğu üçün idmanı təxirə salmayın
Günəşli və ilıq bir gündə qaçmaq var ikən bu boz havada heç birimiz çölə çıxmaq istəmirik. Amma qışda kökəlməyimizin ən vacib səbəblərindən biri havalar pis olduğu üçün idmanı təxirə salmaqdır. Ondansa, qapalı məkanlarda idmanla məşğul olun. Bütün qışı hərəkətsiz keçirmək yerinə, mümkün olan hər zamanı dəyərləndirin.

Yatın
Havalar soyuyub günlər qısalmağa başladıqda metabolizmimiz yavaşlayır və daha çox yuxuya ehtiyac duyuruq. Qış aylarında saat gecə yarısını keçməzdən qabaq yatağa uzanmaq və gecə yuxusunu aldıqdan sonra səhər tezdən oyanmaq həm gün işığından daha çox faydalanmağınızı, həm də yuxunuzun nizama düşməsini təmin edir. Bir digər faydası isə gecə yarısı yemək yeməməkdir.

Maye qəbul etməyi unutmayın
Qışda qəbul edilən artıq çəkinin səbəbkarlarından biri də susuz qalmaqdır. Əlinizin altında mütləq kiçik bir butulkada su və ya şəkərsiz isti içki olsun.

Karbohidratlardan qorxmayın
Karbohidratlar düzgün şəkildə qəbul edildiyi müddətcə düşməniniz deyil. Əgər doğru miqdarda karbohidrat qəbul etsəniz, makaron və ya çörək yeməkdən çəkinməyə bilərsiniz. Protein, lif və karbohidrat baxımından zəngin qidaları, noxud, lobya kimi paxlalıları və ya süd məhsullarını vaxtı-vaxtında qəbul edin. Makaron və ya plov kimi karbohidratları isə məşqdən sonra yemək daha məqsədə uyğundur.

İsti yemək yeyin
Soyuq havalarda sizə hansı daha cəlbedici gəlir? Bir kasa salat, yoxsa bir kasa şorba? İsti yemək həm enerjimizi artırır, həm də yavaşlayan metabolizmimizi daha sürətli işlədir.
Etiketlər: qəbul, yemək, olduğu, idmanı, təxirə, sonra, karbohidrat, Soyuq, miqdarda, qorxmayın, Karbohidratlardan, şəkərsiz, olsun, Karbohidratlar, düzgün, düşməniniz, deyil, müddətcə, butulkada, şəkildə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN