• Ətli yarpaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 41 301

Tarix : 19-03-2017, 11:00

Bölmə : Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 gr əvvəldən tutulmuş və ya təzə üzüm yarpağı
1 böyük ölçülü quru soğan
250 gr dana qıyma
1 su stəkanı düyü
3 xörək qaşığı duru yağ
1 çay qaşığı kərə yağı ya da marqarin
2 çay qaşığı pomidor sousu
2 çay qaşığı bibər sousu
Duz
Qara bibər
Qırmızı bibər

Hazırlanması:
Yarpaq əvvəlcədən tutulmuş yarpaqdırsa dolmaları bükmədən əvvəl 3 - 5 dəqiqə qaynar suda yuyun. Əgər yarpaqlar təzədirsə bu müddəti bir az daha uzadın. Soğanı mümkün olduğu qədər incə doğrayın. Yuyunmuş düyünü, qıymanı, soğanı, 1 çay qaşığı bibər sousu və 1 çay qaşığı pomidor sousunu, duru yağı, duz və qara bibəri yaxşıca qarışdırın. Daha sonra bu qarışığı ortalarına yerləşdirərək yarpaqlarını bükün. Bir qazana bükdüyünüz dolmaları düz bir şəkildə yerləşdirin.Qalan bibər və pomidor souslarını 3 xörək qaşığı duru yağ və kərə yağı qarışığında qovurun. İçinə duz, qara bibər və qırmızı bibər qoyduqdan, sonra 1/2 litr qaynamış su ilə birlikdə qazana düzülmüş dolmaların üzərinə tökün. Bişmə əsnasında yarpaqların açılmaması üçün tərs çevrilmiş kiçik bir boşqabı dolmaların üzərinə qoymağı unutmayın. Bişirmə müddəti orta odda 40 dəqiqəyə qədərdir.
Suyu azalsa isti su əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, bibər, pomidor, sousu, xörək, tutulmuş, dolmaları, müddəti, sonra, qazana, üzərinə, dolmaların, qırmızı, İçinə, qoyduqdan, qaynamış, birlikdə, souslarını, yerləşdirin, şəkildə
BİZİ İZLƏYİN