• Kartof dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 274

Tarix : 22-07-2020, 14:00

Bölmə : Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6-7ədəd orta ölçülü kartof
200 qr qiymə
1 ədəd soğan
1 stəkan pomidor suyu
1 ədəd yumurta
1 xörək qaşığı qarğıdalı yağı
1 xörək qaşığı tomat
1 stəkan isti su
duz, istiot
3 budaq reyhan

Hazırlanması:
İlk öncə kartofları yuyun. Bir qazanda 1 çay qaşığı duz əlavə edilmiş qaynar suda kartofları diri qalacaq şəkildə bişirin. Ocaqdan götürüb kartofları soyudun və qabıqlarını soyun. Kartofların iç hissələrini ovaraq çıxardın.
İçlik üçün soğanı soyub doğrayın. Reyhanı da xırda doğrayın. Qiyməni dərin bir qaba tökün. Üzərinə xırda doğranmış soğan, reyhan, 1 ədəd yumurta, duz və istiotu əlavə edib qarışdırın. Hazırladığınızı içliyi ovulmuş kartofların içərisinə bölüşdürün. İçliklə doldurulmuş kartofları odadavamlı soba qabına yerləşdirin.
Sousu üçün bir qabda tomat, pomidor suyu, qarğıdalı yağı və 1 stəkan isti suyu töküb qarışdırın. Hazırladığınız sousu kartof dolmalarının üzərinə gəzdirərək tökün. Kartof dolmasını əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirilmə müddətində soba qabındaki sousu arabir bir qaşıq köməyi ilə bir az götürərək kartofların üzərinə gəzdirərək tökün. Kartof yumşalanadək bişirin və sobadan götürün. Bişən dadlı kartof dolmasını isti-isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: kartof, dolması
BİZİ İZLƏYİN