• Dadlı, ləzzətli soba peraşkisi resepti

Reseptin məlumatları Baxış sayı: 6 385

Tarix : 20-08-2017, 17:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq un,
200 qr kəsmik,
200 qr qatıq,
3-4 ədəd yumurta,
1 ç.q. maya
1 ç.q. duz,
200 qr yağ,
1 litr süd

İçlik üçün:
kartof,
şüyüd,
duru yağ,
soğan

Üzəri üçün:
qara çörəkotu

Hazırlanması:
İlk öncə az miqdarda ilıq süd, maya və şəkəri kiçik bir qabda qarışdırıb, şişənə kimi gözləyirik. Başqa bir qabda unu əliyirik. Daha sonra üzərinə duz, şəkər tozu, yumurtaların ağını (sarısı üzəri üçün istifadə ediləcək), duru yağı və digər ərzaqları əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri acıması üçün 1-1.5 saat isti yerdə gözlədirik.
Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün ilk öncə kartofu suda qaynadıb, əzirik. Xırda doğranmış soğanı yağda qovurub, kartofun üzərinə əlavə edirik. Son olaraq xırda doğranmış, şüyüd töküb, qarışdırırıq.

Xəmirdən orta ölçülü kündələr tutaraq yayırıq. Yaydığımız kündələrin ortasına hazırladığımız içlikdən 1 x.q. yerləşdiririk. İki kənarı üst-üstə düşəcək şəkildə bağlayıb, tərs üzünə çeviririk. Bütün kündələri bu qayda ilə hazırladıqdan sonra üzərinə yumurtanın sarısını çəkib, çörəkotu səpirik və soba qabına yığırıq. 180 dərəcə istilikdə üzəri qızarana kimi bişiririk. Bu reseptlə 45 ədəd peraşki çıxır.

Nuş olsun!
Etiketlər: üzərinə, sonra, qabda, əlavə, doğranmış, çörəkotu, üzəri, şüyüd, kündələrin, Yaydığımız, yayırıq, tutaraq, ortasına, kündələr, yerləşdiririk, içlikdən, hazırladığımız, kənarı, Xəmirdən, edirik
BİZİ İZLƏYİN