• Dadlı, ləzzətli sobada peraşki resepti

Reseptin məlumatları Baxış sayı: 63 662

Tarix : 13-01-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
100 ml duru yağ,
100 qr xama,
1 st qatıq,
2-3 ədəd yumurta,
1 ç.q. maya,
1 ç.q. şəkər tozu,
1 ç.q. duz,
Un (təxminən 1 kq),
ilıq su (apardığı qədər)

İçlik üçün:
300 qr ət,
1 ədəd baş soğan,
yağ,
duz, istiot

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə şəkər tozu ilə mayanı 1/3 stəkan suda həll edirik və qapağını örtüb, isti yerdə 10 dəqiqə köpməsi üçün gözlədirik. Xəmir üçün qeyd olunmuş digər ərzaqları bir qaba əlavə edib, üzərinə hazırladığımız mayanı tökürük və yumşaq xəmir yoğururuq. Xəmiri acıması üçün 2.5-3 saat isti yerdə saxlayırıq.

Bu müddət ərzində içlik hazırlaya bilərsiniz. İçlik üçün ət və soğanı birlikdə maşından keçirdib, yağda qovururuq. Hazır olduqdan sonra duz, istiot vurub, qarışdırırıq. *Qeyd. İstəyə bağlı olaraq kartoflu, pendirli, kələmli içliklərdən istifadə edə bilərsiniz.

Xəmirdən orta ölçülü kündələr tutaraq yayırıq. Yaydığımız kündələrin ortasına hazırladığımız içlikdən 1 x.q. yerləşdiririk. İki kənarı üst-üstə düşəcək şəkildə bağlayıb, tərs üzünə çeviririk. Bütün kündələri bu qayda ilə hazırladıqdan sonra soba qabına yığıb, 30-45 dəqiqə gözlədirik. Daha sonra üzərinə yumurta sarısı çəkib, çörəkotu səpirik. 180 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, sonra, yerdə, mayanı, çörəkotu, dəqiqə, bilərsiniz, üzərinə, gözlədirik, sarısı, hazırladığımız, Xəmir, İçlik, şəkər, istiot, kündələrin, yayırıq, Yaydığımız, olaraq, yerləşdiririk
BİZİ İZLƏYİN