• Naan çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 3 153

Tarix : 14-09-2017, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 st. süd
1,5-2 st un
1 x.q. qatıq
1 çimdik duz
1 ç.q. şəkər tozu
1 x.q. çörək otu
1 paket maya

Hazırlanması:
1.Mayanı iliq süddə yaxşı qarşdırın.
2.Unu, duzu, şəkəri, çörək otunu qarışdırın. İçinə mayalı südü əlavə edib qarışdırın.
3.Alınmış xəmirin üstünə biraz günəbaxan yağı sürtün və 1 gecəlik mayalandırın.
4.Mayalanmış xəmiri 4 yerə bölüb əlinizlə yayın.
5.İsti sobada 180 dərəcədə bişirin.

İçinə quru keşniş, quru şuyud, sarımsaqda qatmaq olar.
Ayrıca kartoflu və pendirli Naan var.

RAITA SOUSU:
1 st. qatıq
1 orta xıyar
1 ədəd yaşıl soğan
2 x.q. kəsilmiş təzə keşniş
1/2 ç.q. cirə
1/2 ç.q. quru keşniş
1 yaşıl acı çili istiotu (mən etmədim)

Hazırlanması:
1.Xıyarın qabığını soyuruq. Sürtkəcdən keçirib yaxşıca suyunu sıxırıq. Qatığın içinə əlavə edirik.
2.Keşniş və soğan xırda kəsilir, qatığa əlavə olunur.
3.Ədviyyatları əlavə edib hamısını qarışdırırıq.
4.Süfrəyə verəndə çörək otu səpilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, çörək, keşniş, soğan, qarışdırın, İçinə, yaşıl, qatıq, keçirib, Sürtkəcdən, qabığını, soyuruq, Xıyarın, kəsilmiş, SOUSU, RAITA, xıyar, yaxşıca, istiotu, etmədim
BİZİ İZLƏYİN