• Bilməniz gərəkən 7 xəmir növü - pizza xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 3 441

Tarix : 17-04-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Dadlı pizza bişirmək üçün əvvəlcə sizlərlə xəmir hazırlanmasında bəzi incə detalları bölüşmək istəyirəm.
-Unu mütləq ələyin – bu zaman onu oksigenlə zənginləşdirmiş olacaqsınız ki, bu da xəmirin yumşaq və diş-diş olmasını təmin edəcək
-Xəmir üçün keyfiyyətli maya istifadə edin, əks təqdirdə xəmirdən xoşagəlməz ətir gələcək
-Xəmiri yoğurmaq üçün soyuq su istifadə edin, bu zaman xəmir yumşaq və elastik olacaq, ancaq çox da soyuq olmsın
-Pizza xəmirini heç vaxt oxlov ilə yaymayın, əlləriniz ilə ortadan kənara doğru açın
-Xəmirin soba nimçəsinə yapışmaması üçün nimçəni duru yağla yağlayıb bir az un səpin

Tərkibi:
Su – 2/3 st
Maya – 1 ç/q
Un – 2 st
Duz – 1 ç/q
Zeytun yağı - 1 x/q

Hazırlanması:
Mayanı ilıq suya əlavə edib yaxşıca həll edin. Unun üzərinə duz və həll etdiyiniz mayanı əlavə edib xəmir yoğurun. Un səpilmiş quru masanın üzərində xəmiri 10 dəqiqə ərzində yoğurun ki, xəmir yumşaq və elastik olsun. Lazım gələrsə un əlavə edin. Xəmirin hər tərəfinə zeytun yağı çəkin və böyük bir qaba qoyun. Üzərini qida kuloku ilə örtüb yel (skvoznyak) tutmayan yerdə 1.5 saat iki dəfə qalxana qədər acıdın.
Xəmiri iki yerə bölüb kündə düzəldin. Un səpilmiş masada üzərini kulok ilə örtüb 60 dəqiqə gözləyin. Əlinizlə xəmiri yayıb üzərinə istədiyiniz içliyi qoyun və 180-200C dərəcə sobada təxminən 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: xəmir, əlavə, dəqiqə, yumşaq, xəmiri, zaman, istifadə, Xəmirin, soyuq, qoyun, üzərinə, Xəmiri, örtüb, elastik, səpilmiş, yoğurun, çəkin, böyük, zeytun, ərzində
BİZİ İZLƏYİN