• Bilməniz gərəkən 7 xəmir növü - blinçik xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 5 140

Tarix : 1-04-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Blinçik hazırlayan zaman ürəyiniz istəyən içlikdən istifadə edə bilərsiniz. Əsas odur ki, blinçik xəmirini düzgün etməyi bacarasınız. Bunun üçün aşağıdakıları bilməniz kifayətdir.
-Xəmiri hazırlamamışdan əvvəl unu ələyin
- Mütləq təzə yumurtadan istifadə edin
-Əvvəlcə duru ərzaqları qarışdırın,sonra unu əlavə edin
-Duru yağı xəmirə lap axırda əlavə edin
-Xəmiri çox çalmayın
- Xəmir çox duru olduqda tavaya yapışır, qatı olduqda isə blinçiklər qalın çorək kimi alınır

Tərkibi:
Un – apardığı qədər
Yumurta –1 ədəd
Süd – 2 st
Su – 1 st
Şəkər – 1 x/q
Duru yağ – 2 x\q
Soda – 0,5 ç/q
Duz

Hazırlanması:
Bütün duru ərzaqları qarışdırın. Unu ələyib sodanı əlavə edin və duru qarışıma əlavə edib çalın. Xəmiri yaxşı, amma çox olmamaq şərti ilə çalın. Tavanı yaxşı qızdırıb blinçikləri bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, Xəmiri, qarışdırın, yaxşı, çalın, istifadə, ərzaqları, olduqda, alınır, apardığı, çorək, qədər, blinçiklər, tavaya, Xəmir, yapışır, qalın, Şəkər, Tavanı, şərti
BİZİ İZLƏYİN