• Buğda və çovdar unlu əppək resepti

Reseptin məlumatları Baxış sayı: 3 054

Tarix : 4-04-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
2st buğda unu
0,5st çovdar unu
1ç.q.quru aktiv maya
0,5ç.q.duz
0,5st su(mən çümrüklə, yəni şorun acı suyu ilə yoğurdum)
1ç.q.şəkər
1y.q.duru yağ(zeytun ya günəbaxan)

Hazırlanması:
Ələnmiş unun içinə duz,şəkər, mayanı vurub qarışdırmaq. İlıq suyu az-az töküb yumuşaq xəmir yoğurmaq, xəmir hələ tam toplanmamış duru yağ əlavə edib yoğurmaya davam etmək.Üstünü örtüb 1 saat saxlamaq.
Sonra bişirəcəyiniz qabın içində 15dəq kündədə saxlamaq.Əvvəldən 190t isidilmiş sobada bişirmək.

Nuş olsun!
Etiketlər: xəmir, şəkər, saxlamaq, örtüb, Sonra, etmək, yoğurmaya, davam, bişirəcəyiniz, Üstünü, qabın, isidilmiş, sobada, bişirmək, Əvvəldən, kündədə, içində, 15dəq, əlavə, yoğurmaq
BİZİ İZLƏYİN