• Sarımsaqlı pampuşkalar resepti

Reseptin məlumatları Baxış sayı: 2 281

Tarix : 8-06-2018, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 st. süd və ya su
3 st. un
3 x.q. bitki yağı
1 x.q. şəkər tozu
1 ç.q. duz
10 qr. maya

Sous üçün:
1/2 st. bulyon
4 diş sarımsaq
2 x.q. bitki yağı
cəfəri
duz

Üstünə sürtmək üçün:
1 yumurta sarısı

Hazırlanması:
1.İlıq sudə maya şəkər tozu əlavə edirik. Mayanı süddə tam həll edirik.
2.Unu dərin qaba ələyirik. İçində yer edirik. Həmin yerə mayalı südü, bitki yağını və duzu tökürek.
3.Xəmiri yaxşı yoğururuq.
4.Xəmirin üstünü bağlayıb isti yerdə 1 saat gözlədirik. Mayalanmış xəmiri birdə yaxşı yoğururuq və 1 saat daha gözlədirik.
5.əlimizi yağlayıb xəmirdən eyni boyda toplar edib soba qabına düzürük. Və bu halda üstü örtüle 40 dəqiqə gözlədirik.
6.180 dərəcədə isinmiş sobada 25-30 dəqiqə bişiririk.
7.Bu vaxtı sousu hazırlayaq. Bulyonun içinə sarımsağı və göyərtini lap xırda kəsirik. Bitki yağı və duz əlavə edirik. Hamısını yaxşı qarışdırırıq.
Bu sousu pampuşkaların üstünə töküb borşla yeyirlər

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, yaxşı, bitki, gözlədirik, əlavə, yoğururuq, sousu, dəqiqə, şəkər, bişiririk, vaxtı, sobada, qabına, düzürük, örtüle, halda, dərəcədə, isinmiş, içinə, pampuşkaların
BİZİ İZLƏYİN