• Evdə pizza resepti

Reseptin məlumatları Baxış sayı: 188

Tarix : 25.09.2018, 12:00

Bölmə : Duzlu xəmir işləri, Pizza

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
4,5 stəkan un
2 qaşıq quru maya
Yarım qaşıq duz
2 stəkan ilıq su
1 yumurta
1 stəkan qatıq
1 stəkan süd
3-4 qaşıq zeytun yağı

Üzəri üçün:
Rəndələnmiş motzarella və ya holland pendiri
Sosis, göbələk, zeytun və istədiyiniz hər cür ərzaq

Pomidor sousu üçün:
2 qaşıq tomat pastası
1 kasa ilıq su
2 diş sarımsaq
Ədviyyatlar

Hazırlanması:
Evdə pizza hazırlayarkən xəmiri də özünüz yoğursanız çox gözəl olar. İncə xəmir üçün isə bu resepti yoxlamalısınız.
Xəmir üçün olan vəsaitləri qarışdırın və yumşaq bir xəmir əldə edin. Üzərini nazik sellofanla bağlayıb 15-20 dəqiqə saxlayın.
Mayalanan xəmirinizi dəzgahın üzərinə un səpdikdən sonra əlinizlə basaraq yayın. Pizza xəmiri yayarkən əlinizi unlamağı unutmayın.
Pizza xəmirini təxminən boşqab ölçülərində yaydıqdan sonra qaba qoyaraq çəngəllə xəmiri bir neçə yerindən dəlin. Belə etdikdə o, qabarmayacaq və hər yanı bərabər bişərək incə olacaq. Daha sonra onun üzərinə sous sürtün. Ən üstə isə pizza vəsaitlərini yerləşdirin. Əvvəldən isidilmiş 200 dərəcə sobada pendirlər qızarana qədər 20-30 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: stəkan, qaşıq, xəmiri, sonra, pizza, xəmir, üzərinə, Pizza, dəqiqə, zeytun, ölçülərində, boşqab, yaydıqdan, təxminən, qoyaraq, yerindən, çəngəllə, xəmirini, unutmayın, basaraq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica