• Sucuqlu yumurtalı pidə resepti

Reseptin məlumatları Baxış sayı: 322

Tarix : 2.02.2019, 12:00

Bölmə : Duzlu xəmir işləri, Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1.5 Su stəkanı su,
1 Su stəkanı süd və ya ayran,
1 silmə yemək qaşığı quru maya,
1 çay qaşığı şəkər,
1 çay qaşığı duz,
2 yemək qaşığı zeytun yağı,
5- 5,5 su stəkanı qədər un,

Ayrıca:
Sosiska,
holland pendiri,
yumurta

Hazırlanması:
Xəmir üçün olan ərzaqlardan istifadə edərək yumşaq bir xəmir hazırlayın.
Üzərini örtüb mayalanmaya buraxın.
Mayalanan xəmirdən iri portağal böyüklüyündə parçalar ayırın.
1 sm qalınlığında böyük boy tort qabı böyüklüyündə kündələri açın.
Kənar qisimlərə holland pendiri dilimləri yerləşdirib, xəmirin kənarlarını içə doğru qatlayın.
Ortada qalan boşluğa holland pendiri rəndəsi döşəyin.
Kənarlara sosiska dilimləri düzün.
Tam ortaya da bir ədəd yumurta qırın.
Kənar hissələrə yumurta sarısı sürtün.
Əvvəldən 22 dərəcəyə qədər isidilmiş fırında üzəri qızarana qədər bişirin.
Soyutmadan servis edin.

Qeyd:
Pidə qalın olmadığı üçün tez bişir və içi xəmir qalmır. Siz Sobanıza görə istiliyi təyin edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: qaşığı, qədər, pendiri, yumurta, holland, stəkanı, Kənar, böyüklüyündə, xəmir, dilimləri, yemək, hissələrə, qırın, sarısı, sürtün, Əvvəldən, ortaya, düzün, boşluğa, qalana
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN