• Mayasız boyatlaşmayan çiçək poaça resepti

Reseptin məlumatları Baxış sayı: 194

Tarix : 21.02.2019, 12:00

Bölmə : Duzlu xəmir işləri, Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmiri üçün:
125 q otaq temperaturunda yumşalmış marqarin,
1 qəhvə fincanı maye yağ,
yarım qəhvə fincanı üzüm sirkəsi,
1 şirniyyat qaşığı duz,
2 ədəd yumurta(sarısının birini üzərinə vurmaq üçün ayıracağı),
1 paket qabartma tozu,
3-3, 5 stəkan un(200 ml-lik stəkanla),

İçi üçün:
Pendir,

Üzəri üçün:
Yumurta sarısı,
Zeytun,
Küncüt,.

Hazırlanması:
Mayasız boyatlaşmayan çiçək poaçanın xəmirini hazırlamaq üçün dərin bir qabda marqarini, maye yağı, yumurta, duz və sirkəni qarışdırın.
Üzərinə qabartma tozunu əlavə edib yenidən qarışdırın.
Bir az qarışdırdıqdan sonra qarışığın üzərinə unu yavaş-yavaş əlavə edib xəmir yoğurun.
Çalışmaq lazımdır ki, xəmir ələ yapışmayan yumşaq bir xəmir olsun.
Bir az dincə qoyduqdan sonra yoğrulan xəmirdən qoz boyda kündələr ayırın və ovuc içində yuvarlayaraq kündələr hazırlayın.
Kündələri düzənli bir kətanın üzərində barmaq ucları ilə yastılayın.
Açdığınız xəmirin üzərinə pendir qoyun və kənarlarındakı xəmirləri ortada birləşdirib bağlayın.
Ovuc içərisində təkrar yuvarlayaraq azca yastılayın və qapatılan hissə altda qalmaq şərti ilə düz bir yerə yığın.
Ortasına zeytun dənəsi yapışdırın və kənarlarını bıçaq yardımı ilə 8 yerə ayırıb çiçək şəkli verin.
Şəkil verdiyiniz mayasız boyatlaşmayan çiçək poaçanı yağlı kağız sərilmiş fırın sinisinə aralıqlı olaraq düzün.
Üzərlərinə fırça yardımı ilə yumurta sarısı yaxın və küncüt səpin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Üzəri qızarandan sonra poaçaları fırından çıxardıb soyumağa qoyun.
Soyuduqdan sonra servis edə bilərsiniz.
Bu ölçü ilə hazırlanan xəmirdən 16 ədəd poaça alınır.

Nuş olsun!

Etiketlər: sonra, üzərinə, yumurta, çiçək, xəmir, sarısı, yavaş, əlavə, yuvarlayaraq, kündələr, yardımı, xəmirdən, qabartma, boyatlaşmayan, qarışdırın, Üzəri, qoyun, yastılayın, fincanı, qəhvə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica