• Pizza tortu resepti

Reseptin məlumatları Baxış sayı: 6 164

Tarix : 24-02-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Pizza / Souslar / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pizza xəmiri üçün:
2,5 stəkan un,
1 stəkan ilıq su,
1/2 şirniyyat qaşığı quru maya,
1/2 şirniyyat qaşığı toz şəkər,
1 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı duz

Sosu üçün:
3 şirniyyat qaşığı pomidor tomatı,
1 yemək qaşığı acı sos,
3 yemək qaşığı ilıq su,
1 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı qurudulmuş fəsləyən.

Üzəri üçün:
200 qram sucuq,
300 qram rəndələnmiş holland pendiri.

Hazırlanması:
pizza xəmirini hazırlamaq üçün əvvəlcə ilıq su, quru maya, toz şəkəri kiçik bir qabda qarışdırın. Sonra mayanın gəlməsi üçün 5 dəqiqə qədər gözlədin.
Ələnmiş un və duzu dərin bir qaba alıb orta hissəsini açın. Zeytun yağını və duru halda olan mayanı əlavə etdikdən sonra bütün ərzaqları ortadan kənarlara doğru qarışdırmağa başlayın.

Toparlanan pizza xəmirini mümkünsə mərmər bir dəzgahın üzərində yuvarlayıb böyük bir kündə halına gətiri. Hazırlanan kündənin üzərinə strec film çəkib otaq temperaturunda mayalanması üçün ən azından 30 dəqiqə gözlədin.

Sadə və pratik bir pizza sosu üçün pomidor tomatını və acı sosu ilıq suyla qarışdırıb açın.

Zeytun yağı və qurudulmuş fəsləyən əlavə edərək sosu qarışdırın.

Mayalanan pizza xəmirini 2 kündəyə ayırın. Xəfif bir şəkildə unlanmış mətbəx dəzgahı üstündə əlinizlə açaraq düzbucaqlı şəklinbə salın.

Kiçik boy (18-23 cm.) dərin keks qəlibinin alt hissəsindən istifadə edərək 4dənə yuvarlaq pizza altlığı çıxardın.

Fırını əvvəlcədən 180 dərəcə qızdırın. Keks qəlibinin altını yağlı kağızla örtərək pizza altlığını 8 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, pizza, yemək, dəqiqə, şirniyyat, xəmirini, qarışdırın, gözlədin, Zeytun, edərək, əlavə, dərin, qəlibinin, pomidor, zeytun, fəsləyən, qurudulmuş, stəkan, ayırın, şəkildə
BİZİ İZLƏYİN