Tərkibi:Sosu üçün:1 çay stəkanı qatıq,
1 çay stəkanı süd,
1 çay stəkanı duru yağ,
1 çay qaşığı soda (silmə),
1 yumurta,
İç hazırlamaq üçün:300-350 qram qiymə,
2 ədəd orta boy yeməklik doğranmış quru soğan,
3 ədəd uzunsov bibər,
İncə doğranmış 1 ədəd böyük qırmızı bibər,
3 diş sarımsaq,
½ stəkan su,
İstiot,
Zirə,
Duz.
Hazırlanması:Soğanı yeməklik üçün kiçik-kiçik doğrayın .
Soğanın üzərinə kiçik-kiçik doğradığınız bibərləri əlavə edib bir az əlinizlə ovun.
Bu qarışığa ədviyyatları, duzu, sarımsağı və qiyməni əlavə edin.
Bundan sonra isə qarışığın üzərinə yarım stəkan su əlavə edərək hamısını bir yerdə yoğurun.
Bu arada bir az da su əlavə edə bilərsiniz.
Sos üçün lazım olan ərzaqları bir kasanın içində qarışdırın.
Yağladığınız fırın sinisinə əvvəlcə yuxanı açın və yuxanın kənarları fırın sinisinin kənarına çıxardın.
Üzərinə duru ərzaqlardan bir az yayın və ikinci yuxanı da əlavə edin vəyenə də yuxanın kənarları fırın sinisindən kənara çıxsın.
Üçüncü yuxanı sərdiyinizdə içlik malzəmələri bitirmiş olmalısınız.
Kənarlarını içı doğru qatlayıb bir dörtkünc şəklinə salın.
Qiyməli içi üzərinə əlinizlə yayaraq düzənləyin.
Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında bişirin.
Bişirdiyiniz börəyi fırından çıxardın və yumşalandan sonra rulon şəklində bükün.
Dilimləyərək servis edin.
Nuş olsun!
Etiketlər: əlavə, kiçik, üzərinə, fırın, stəkanı, yuxanı, çıxardın, sonra, stəkan, əlinizlə, bibər, yuxanın, yeməklik, doğranmış, kənarları, sərdiyinizdə, içlik, bitirmiş, olmalısınız, Kənarlarını