• Evdə hazırlanan ərişdə resepti

Reseptin məlumatları Baxış sayı: 2 778

Tarix : 10-04-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
30 yumurta,
3 kq süd,
2 kq su,
Yetərincə un,
Duz

Hazırlanması:
Burada verilən miqdarlar bir ailənin qışlıq keçimi üçün olan bir ölçüdür.
Ölçüləri dəyişdirə də bilərsiniz.

Yumurta, süd, su və duz ortası hovuz kimi açılmış unun içərisinə alın.
Bütün ərzaqları yavaş- yavaş una yedirdərək sərt bir xəmir hazırlayın.
Yaxşı yoğrulan xəmiri yumurta böyüklüyündə kündələrə ayıraraq bir saat kənarda, təmiz bir örtüyün altında dinlənməyə alınır.
Hər bir kündədən çox incə olmayacaq şəkildə süfrə böyüklüyündə yuxalar açın.
Açılan yuxalar təmiz bir örtük üzərində bir -birinə dəyməyəcə k şəkildə sərin.
Yuxalar havalı və günəş görməyən bir ortamda 5-6 saat qurumağa buraxın.
Yuxaları üst-üstə 10-12 ədəd qoyub əvvəlcə 5-6 sm qalınlığında lentvari kəsin.
Kəsilən hər bir lentvari yuxanı iti bir bıçağın köməyi ilə 1-2 mm qalınlığında eninə kəsin.
Əldə olunan kəsilmiş ərişdə xəmirlərini yenidən quru bir bez üzərinə sərin və kölgə bir yerdə 4-5 gün ərzində qurudun.
Hazır olan ərişdələri nəmdən üzaq sərin bir yerdə quru bez torbada saxlamaq olar.

Nuş olsun!
Etiketlər: sərin, yumurta, şəkildə, təmiz, böyüklüyündə, qalınlığında, yerdə, kəsin, lentvari, yavaş, yuxalar, verilən, miqdarlar, əvvəlcə, Burada, Kəsilən, bıçağın, yuxanı, qoyub, Yuxaları
BİZİ İZLƏYİN