• Tost çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 5 215

Tarix : 11-04-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yarım qəhvə fincanı ilıq su,
1 yarım fincan ilıq süd,
1 fincan duru yağ,
1 yemək qaşığı şəkər tozu ,
1 şirniyyat qaşığı duz,
10 qram maya (mayanı aktivləşdirmək üçün 1 fincan ılıq su),
10-11 fincan un ( 10 fincan yarım da ola bilər ).

Hazırlanması:
Tost çörəyinin xəmirini hazırlamaq üçün əvvəlcə 1 qəhvə fincanı ilıq su, 1 qaşıq yarım şəkər tozu və 1 paket maya yoğurma qabı içərisində qatılır.
Mayanın aktiv olması üçün 3-4 dəqiqə gözləmək lazımdır.
Ardından ilıq su, ilıq süd, duru yağ, duz əlavə edilib qarışdırılır.
Əldə olunan qarışığa ölçülü olaraq az-az un əlavə edərək yaxşıca yoğurun.
Xəmir ələ yapışar qatılıqda olan zaman un əlavə etməyin və 10 dəqiqə qədər yoğurun (xəmir yoğrulduqca özünü tütub toparlanır).
Ələ yapışan bir xəmir olur.
Yoğrulan xəmirin üzərini örtüb və mayalanması üçün 1 saat gözləyin.
Mayalanan xəmir yenidən yoğrulur və strec film sərilən dəzgahın üzərinə qoyun.
Vərdənə yardımı ilə çox incəltmədən bir az açılır və qarşılıqlı iki tərəfini ortadan birləşdirəcək şəkildə qatlayın.
Ardından da digər kənardan başlayaraq rulon halında qatlayın və yağlanmış dörtkünc qəlibə yerləşdirin.
Qəlibin üzəri azca yağlanmış strec film ilə qapadılır və qəlibi doldurana qədər(1 saata yaxın) gözləyin.
Xəmir qabararkən ara-ara üzərinə barmaq ucları ilə yüngülcə basaraq qəlib içərisinə normal şəkildə yayın.
Mayalanan xəmirin üzərindən strec filmi qaldırın və əvvəlcədən 175 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Daha sonra temperaturu 150 dərəcəyə endirin və 5 dəqiqə qədər içini çəkməsini gözləyin.
Hazır tost çörəyi fırından alaraq təmiz bir bezin üzərinə yerləşdirin
Soyuduqdan sonra çörəyi dilimləyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: fincan, yarım, qədər, əlavə, gözləyin, strec, xəmir, üzərinə, dəqiqə, Mayalanan, yerləşdirin, üzəri, Xəmir, yoğurun, xəmirin, Ardından, sonra, qaşığı, şəkildə, fincanı
BİZİ İZLƏYİN