• Noxudlu çörək resepti

Reseptin məlumatları Baxış sayı: 3 140

Tarix : 28-04-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ovuc ( su stəkanı ) qədər quru noxud.
6-7 su stəkanı un,
1-2 şirniyyat qaşığı duz,
duru yağ.

Hazırlanması:
Noxudlu çörəyi bişirmək üçün ilk növbədə ona qatılacaq noxud mayasını hazırlamaq lazımdır.
Bunun üçün noxudu mümkünsə dəmir bir həvəngdəstədə parçalayın və un kimi olmasına ehtiyac yoxdur.
Qırılan noxudları bir şüşə bankaya alın.
Üzərinə 1 stəkana yaxın un əlavə edin.
Sonra isə bir şirniyyat qaşığı duz əlavə edin.
Əliniz yanmayacağı qədər olan isti suyu (əsla qaynar olmamalıdır) bankanın yarısına qədər doldurun.
Bir qaşıq yardımı ilə ərzaqları qarışdıraraq ağzını örtüb isti qala biləcəyi bir yerdə saxlayın.
Bankadakı maya gəldiyində daşmasın deyə bir torbaya qoyurlar.
Ertəsi gün mayanı yoxlayın.
Üzərində köpüklənmə və mayalanmanın verdiyi xoş olmayan iydən bunu anlamaq olar.
Ancaq buna baxmayaraq mayanın iyi çprək bişdiyində hiss olunmayacaqdır.
Çörəyin bişirilməsi üçün mayanın hazırlanmasını gözləmək lazım olduğu üçün mayanı axşamüstü hazırlayın.

Nuş olsun!
Gecə yatmazdan əvvəl bankaya bir çay stəkanı qədər isti su əlavə etsıniz mayalanma daha sağlam olar.
İlk olaraq mayaya 2 stəkan un əlavə edin və ilıq suyla horra halına gələnə qədər qarışdırın.
Bu xəmiri ilıq bir mühitdə bükərək mayalandırın.
Bu mayalı xəmir 2-3 qat artaraq mayalanınca xəmirinizin yarsını ayırın.
Yerdə qalan mayalanmış xəmirə bir az duz əlavə edin.
Mayanı una qataraq yumşaq bir çörək xəmiri yoğurun.
Arzuya görə bu xəmirə kəpək də əlavə edərək fərqli bir ləzzət vermiş olarsınız.
Çörəyi bişirəcəyiniz qabları kənarlarına qədər yağlayın.
Bu ölçüdən 3 şprək bişirmək olar.
Çörək xəmirlərini kündələrə ayırın. və sinilərin içərisinə yayın.
Sinilərin üzərini bir bezlə örtüb xəmirin qabarmasını gözləyin.
Xəmir sini içərisində iki qat artacaqdır.
Yaxşıca qabaran xəmirləri əvvəlcə orta temperaturda, bişənə yaxın isə yüksək temperaturda bişirin.
Fırından çıxan çörəklərin üzərinə azca su çiləyib üzərini bezlə örtün.
Bişən çörəkləri tərs çevirib fırından çıxardın.
Çörəkləri süfrə büzinə bükərək saxlayın.
Etiketlər: əlavə, qədər, stəkanı, üzərini, bezlə, yaxın, bankaya, saxlayın, mayanın, bükərək, xəmiri, ayırın, xəmirə, temperaturda, mayanı, örtüb, şirniyyat, qaşığı, noxud, bişirmək
BİZİ İZLƏYİN