• Üç rəngli börək resepti

Reseptin məlumatları Baxış sayı: 3 037

Tarix : 25-05-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yuxa,
250 qr qiymə,
1 soğan,
4 böyük kök,
yarım kq ıspanaq,
5 şorba qaşığı maye yağ,
Duz,
Yarım çay qaşığı istiot,
Yarım çay qaşığı nanə.
Yarım dəstə cəfəri,
1 yemək qaşığı tomat,
2 yumurtanın sarısı.

Hazırlanması:
Əvvəlcə soğanları soyub küp kəklində doğrayın.
Doğradsığınız soğanları duru yağda qovurun.
İçinə qiymə əlavə edib qovurmağa davam edin.
Yaxşıca qovurduqdan sonra içərisinə istiot, nanə və duzu əlavə edin.
Sonra isə incə-incə doğradığınız cəfəri əlavə edib ocağı söndürün.
Ayrı bir qabda kökü rəndələyib bir şorba qaşığı duru yağ və duz ilə qarışdırın.
Daha sonra incə-incə doğradığınız ispanaqları duz və duru yağ ilə qarışdırıb suyunu sıxın.
Yuxanın birini açın və hər tərəfinə qiyməli xərcdən yayıb rulon bükün.
İkinci yuxanı açıb içərisinə köklü xərci yayıb rulon bükün.
Üçüncü yuxanı da açıb içərisinə ispanaqlı xərci yayıb rulon kimi bükün.
Daha sonra dördüncü yuxanı açıb içinə iki şorba qaşığı maye yağ tökün və hər yerinin yağlanmasına çalışın.
Açdığınız yuxanın orta hissəsinə hazırladığınız rulondan birini qoyun və yanına ikinci rulonu qoyun, üçüncü rulonu da iki rulonun üzərinə gələcək şəkildə qoyub dördüncü yuxa ilə birlikdə yenidən rulon kimi bükün.
Və iki barmaq genişliyində kəsib üzərlərinə yumurta sarısı yayıb qızarana qədər fırında pişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, bükün, rulon, yayıb, sonra, içərisinə, yuxanı, Yarım, əlavə, şorba, qoyun, rulonu, doğradığınız, dördüncü, xərci, qiymə, birini, soğanları, istiot, sarısı
BİZİ İZLƏYİN