• Piraşki resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 430

Tarix : 21-08-2019, 16:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600qr un
1 x/q quru maya
1 x/q şəkər tozu
1 ç/q duz
4 ədəd orta ölçülü kartof
Zeytun yağı (qlzarmaq üçün)
50 qr kərə yağı (püreni hazırlamaq üçün)
Duz, istiot (zövqə görə)

Hazırlanması:
Öncə unu ələyib üzərinə duzu, şəkər tozunu, mayanı əlavə edirik. Apardığı qədər ilıq su ilə çox da bərk olmayan xəmir yoğuruq. Xəmirin üzərinə təmiz çay dəsmali çəkirik. Daha sonra qalın odeala büküb acımağı üçün bir neçə saat gözlədirik.

Bu müddət ərzində adi qaydada püre hazırlayırıq. Karofları soyub, doğrayıb suda bişiririk. Bişdikdən sonra üzərinə duz, istiot, kərə yağı,(mən biraz süd də əlavə edirəm) töküb, yaxşıca əzirik. Zövqə görə püreyə yağda qızardılmış soğan və ya xırda doğranmış şüyüd qatmaq olar. Püre hazırdır.

Bir neçə saat keçdikdən sonra xəmirin üzərindəki odealı götürüb, piraşkiləri hazırlama başlayırıq. Xəmir əlinizə yapışmasın deyə əllərinizi biraz bitki yağı ilə yumuşaldın.

Balaca kündəciklər götürüb əlinizlə və ya oxlovla açın . İçərisinə az miqdar püre qoyub xemirin kenarlarin yaxşıca birləşdirin.

Piraşki resepti - FOTO RESEPT

Piraşki resepti - FOTO RESEPT


Nuş olsun!
BİZİ İZLƏYİN