Tərkibi:Rəndələnmiş pendir – 150 qr
Keşniş – 1 dəstə
Tərxun – 1 dəstə
Xəmir üçün:Un – 250 qr
Yumurta – 1 ədəd
Su – 100 ml
Duz – çimdik
Hazırlanması:Unu ələyirik, ortasına yumurtanı qırır, duz və suyu tökürük. Xəmir yoğururuq. Xəmirdən kiçik bir yuvarlaq açırıq. Rəndələnmiş pendiri qoyuruq və kənarlarını bükürük.
Bitki yağsız qızarma üçün çuqun tava daha uyğun olacaq. Təxminən 5 dəqiqə qızardırıq ki, qutabın hər iki tərəfi qızarsın. Bir dilim kərə yağı ilə süfrəyə veririk.
Nuş olsun!
Etiketlər: dəstə, Rəndələnmiş, Xəmir, çuqun, uyğun, olacaq, qızarma, yağsız, Bitki, Təxminən, bükürük, qızardırıq, dilim, süfrəyə, veririk, qızarsın, tərəfi, kənarlarını, qutabın, dəqiqə