• Pendirli, ispanaqlı xaçapuri resepti

Reseptin məlumatları Baxış sayı: 1602

Tarix : 4.12.2020, 12:00

Bölmə : Duzlu xəmir işləri, Börəklər, Qəlyanaltılar, Praktik reseptlər, Digər reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6




Xəmiri üçün:
1 çay qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
3 stəkan yarım un
1 stəkan ilıq su
1 stəkan yarım süd
1 xörək qaşığı duru yağ
duz

İçi üçün:
300 qr ağ pendir (feta olsa üstünlükdür)
100 qr mozerella
1 dəstə ispanaq
3-4 yumurta

Hazırlanması:
Bir böyük qaba un, aktiv maya ( əgər sizdə aktiv maya deyilsə, ilıq süddə və yaxud ilıq suda həll edib elə əlavə edin),şəkər tozu üzərinə də su və südü əlavə edib xəmir halına gətiririk.
Daha sonra pendirləri rəndədən keçiririk. ispanaqları dograyıb qarışdırırıq. İçliyimiz də hazırdı.

Qeyd: İsti bir yerdə xəmirin gəlməsi üçün 1-2 saat saxlamaq şərtdir.
Xəmir bişməyə hazır olduğu halda başlaya bilərik.
Xəmiri yayıb gördüyünüz (qayıq) formaya gətirib içini hazırladığımız içliklə doldururuq. Bişməyinə 5 dəqiqə qalmış isə yumurtaları əlavə edirik və hazırdır.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, qaşığı, Xəmiri, şəkər, aktiv, yarım, halda, başlaya, yayıb, olduğu, bilərik, Xəmir, saxlamaq, gəlməsi, şərtdir, gördüyünüz, bişməyə, hazır, gətirib
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN