• Lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 8 501

Tarix : 29-11-2020, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər / Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Xəmir üçün:
4 stəkan un (ələkdən keçirilmiş)
1 xörək qaşığı maya
2 stəkan ilıq su
1 xörək qaşığı duru yağ
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz

İçlik üçün:
350 qr qıyma (farş)
2 ədəd pomidor
2 ədəd soğan
2 xörək qaşığı tomat
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı istiot
1 xörək qaşığı sirkə
½ dəstə cəfəri

Hazırlanması:
4 stəkan una 1 çay qaşığı duz və 1 çay qaşığı şəkər əlavə edərək, 2 stəkan suyu yavaş yavaş töküb, xəmir hərtərəfli hamarlaşana qədər 4-5 dəqiqə yaxşı yoğurun. Sonra xəmiri kündələrə ayırın, nəmli bir parça ilə örtün. Xəmiri təxmini 1 saatlıq kənara qoyuruq.
Mətbəx prosessorunun içinə pomidor və soganları əlavə edin ( rəndədən də keçirmək olar ), pürə halına gəlməsin, ancaq diri diri də qalmamasına diqqət edin. Bu qarışımı qiymaya əlavə edib üzərinə xırda xırda doğranmış cəfəri tökün. Sirkəni isə yumşaqlıq versin deyə həm də alınma lahmacunlara bənzəsin deyə əlavə edirik. İçliyiniz hazırdı.
Kündələri növbə ilə çox nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7-10 dəqiqəyə bişir və hazırdır.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, əlavə, stəkan, istiot, cəfəri, pomidor, yavaş, xırda, şəkər, alınma, versin, yumşaqlıq, lahmacunlara, bənzəsin, hazırdı, İçliyiniz, edirik, ancaq, Sirkəni
BİZİ İZLƏYİN