• Tiflis xaçapurisi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 318

Tarix : 11-10-2014, 14:00

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Xaçapuri - gürcücə "xaço" - kəsmik, "puri" - çörək deməkdir. Əsasən suluquni pendiri ilə hazırlanır. Ancaq suluquni olmasa, çanax, İmeretiya pendiri, hətta feta və motsarella da istifadə etmək olar.

Tərkibi:
Xəmir üçün:

500 ml qatıq
1000 q un
3 q soda
1 ç.q. duz
1 ç.q. şəkər tozu
4 x.q. nehrə yağı
2 yumurta

İç üçün:
2 yumurta
600 q suluquni
400 q brınza və ya yağlı kəsmik

Hazırlanması:
Qatığa iki yumurta, soda, şəkər tozu, duz, vurub qarışdırın, unu üstünə ələyin, yağ əlavə edib yoğurun. Yumşaq, ələ yapışmayan xəmir alınmalıdır. Unun miqdarı dəyişə bilər, həm kündələməyə, həm də yaymağa əlavə 100-200 q un gərək olacaq.
Tiflis xaçapurisi resepti - FOTO RESEPT

Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Yoğurandan sonra xəmiri qida plyonkasına bükün, yarım saat saxlayın.
Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Suluqunini və brınzanı (olmasa, kəsmik) sürtgəcdən keçirin, 2 yumurta əlavə edib qarışdırın.
Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Xaçapuriləri iki cür hazırlaya bilərsiniz.

1. Xəmiri və içi 5 yerə bölün. Hər kündəni 20 sm diametrində yayın. Ortası kənarlarından qalın olmalıdır. İçi ortasına qoyun, xəmirin qıraqlarını barmaqlarınızla ortaya doğru yığıb bərkidin. Sonra bunu 20-25 sm diametr ölçüdə yayın. "Tikiş" olan hissə aşağı olmaqla tavada bişirin (qapağını örtüb), sonra çevirib o biri üzünü bişirin. Bu zaman tavanın qapağını ağzına qoymaq lazım deyil. Hazır xaçapurinin üstünə isti-isti kərə yağı çəkib süfrəyə verin.

2. Xəmiri 4 bərabər hissəyə bölün. Hər hissəni də iki kündəyə bölün - bunlardan biri o birindən böyük olmalıdır. 0,5 sm qalınlıqda yayın (qalın yayanda bişərkən xəmir qalxır, ağırlıq edir, yaxşı bişmir). Böyük yuxanın ortasına için 1/4-ni qoyub kənarlarda azca yer saxlamaqla bərabər yayın. Balaca yuxanı bunun üstünə qoyun, qıraqlarını bükün (altdakı yuxanın qıraqlarını üstdəkinin üstünə).
Tiflis xaçapurisi resepti - FOTO RESEPT

Tiflis xaçapurisi resepti - FOTO RESEPT

Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Xaçapurini "tikişi" (bükdüyünüz yer) üzü aşağı olmaqla tavaya qoyun, qapağını örtüb vam odda 6-8 dəqiqə bişirin. Bu müddətdə xaçapuri şişəcək, hətta üstündə qabarcıqlar da yaranacaq. Sonra xaçapurini çevirin, tavanın qapağını qoymadan daha 3-4 dəqiqə bişirin.
Tiflis xaçapurisi resepti - FOTO RESEPT

Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Sonra isti-isti piroq kimi doğrayıb süfrəyə verin.
Tiflis xaçapurisi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, yayın, üstünə, bişirin, qapağını, əlavə, qoyun, Sonra, bölün, qıraqlarını, suluquni, kəsmik, qalın, xəmir, olmalıdır, qarışdırın, pendiri, süfrəyə, bərabər, sonra
BİZİ İZLƏYİN