• Tənbəl açma resepti

Reseptin məlumatları Baxış sayı: 15 076

Tarix : 15-10-2014, 18:00

Bölmə : Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
yağlı, qat-qat xəmir
suluquni pendiri (olmasa, bərk ağ pendir)
süd
yumurta

Hazırlanması:
Yağlı xəmiri nazik yayın. Üstünə bolluca sürtgəcdən keçirilmiş pendir səpin. Rulet kimi bükün. Sonra ilbiz kimi bükün. Qırağı hündür siniyə qoyun (divarlara yapışmasın). Südü yumurta ilə çalın (az miqdarda yağlı xəmirdən istifadə etmisinizsə, yarım stəkan südlə 2 yumurta bəs edər, açma iri alınıbsa, südlə yumurtanın qədərini artıra bilərsiniz). Bunu açmanın üstünə tökün.

180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

Sobadan çıxarandan sonra üstünə kərə yağı çəkin.
Tənbəl açma resepti


Nuş olsun!
Etiketlər: yumurta, yağlı, pendir, bükün, südlə, üstünə, yumurtanın, qədərini, artıra, alınıbsa, stəkan, xəmirdən, istifadə, etmisinizsə, yarım, bilərsiniz, tökün, çıxarandan, Sobadan, sonra
BİZİ İZLƏYİN